Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Kəşmir məsələsində hansı mövqeni tutmalıdır?

Politoloq Elxan Şahinoğlu məsələni şərh edib

Bir neçə gündür ki, Hindistanla Pakistan arasındakı “Kəşmir konflikti” yenidən alovlanıb. Təmas xəttində baş verən atışma zamanı Pakistan ordusunun 3 əsgəri, 5 Hindistan hərbçisi və 2 mülki vətəndaş həyatını itirib. Bundan sonra Hindistan Kəşmirin xüsusi statusunu ləğv edib. Bu addım rəsmi İslamadın hiddətinə səbəb olub. Hətta Pakistanın baş naziri İmran Xan Hindistan hökumətini “faşist” adlandırıb.

Məlumat üçün deyək ki, Hindistanla Pakistan arasında “Kəşmir konflikti” 1947-ci ildən başlayıb. İndiyə qədər bu bölgə uğrunda Hindistanla Pakistan 3 dəfə müharibə baş verib. İndi dünya yeni müharibənin baş verəcəyindən narahatdır.

Bu məsələ Azərbaycan üçün də az önəmli deyil. Çünki Pakistan ölkəmizlə strateji müttəfiqdir. Təsadüfi deyil ki, bir neşə gün əvvəl Pakistanın ölkəmizdəki səfiri Səid Xan Mohmand ümidvar olduğunu bildirib ki, Azərbaycan bu məsələdə İslamabadı dəstəkləyəcək.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələni “Yeni Sabah”a şərh edərkən bildirib ki, “Kəşmir konflikti” ilə bağlı rəsmi Bakı üçün birmənalı mövqe sərgiləmək o qədər də asan deyil.

“Doğrudur Pakistan Azərbaycanın strateji müttəfiqidir. Qarabağ məsələsinə görə Ermənistanla diplomatik münasibətləri kəsən 3 ölkədən biridir. Baxmayaraq ki, Kəşmir mübahisəsində Pakistan da tam olaraq haqsız deyil. Amma burada Hindistanın ərazi bütövlüyündən söhbət gedir. Bu da Azərbaycan üçün həssas məsələdir”, - deyə politoloq əlavə edib.

Elxan Şahinoğlunun fikrincə, Azərbaycan yalnız münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu vurğulamalıdır.

“Pakistanla isə bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək olar. Bir məqamı da qeyd edim ki, hələ indiyə qədər hansısa ölkə bu məsələdə birmənalı olaraq Pakistanı dəstəkləməyib. Hətta Pakistanla strateji müttəfiq olan Türkiyə belə açıq şəkildə bəyan etməyib ki, Pakistan haqlıdır”, - deyə Şahinoğlu bildirib.

Pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar