Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR-dan “Rəsulzadə” gəmisi ilə bağlı açıqlama

“Palmali” şirkətlər qrupuna məxsus “Mammad Amin Rasulzade” gəmisi ilə toqquşan “Doric Warrior” adlı gəminin “SOCAR Ukraine” şirkəti ilə heç bir əlaqəsi yoxdur

Bunu “Report”un sorğusuna cavab olaraq SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O qeyd edib ki, sözügedən hadisəni SOCAR-la əlaqələndirmək ididiaları tamamilə həqiqətdən uzaq və mənasız təxribatdır: “Bunu Azərbaycana qarşı yönəldilmiş tamamilə həqiqətdən və məntiqdən uzaq olan, mənasız təxribat kimi dəyərləndiririk”.

Xatırladaq ki, “Mammad Amin Rasulzade” ilə “Doric Warrior” adlı gəmilər arasında toqquşma avqustun 13-də gecə saatlarında baş verib. Bu barədə məlumatı “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov yayıb. O, bildirib ki, “Mammad Amin Rasulzade” gəmisi İstanbulun Dəmir bölgəsində limanda dayandığı yerdə vurulub. Artıq faktla bağlı İstanbul prokuroluğunda cinayət işi başlanıb.

Hadisə ilə bağlı yayılan məlumatlarda “Doric Warrior” gəmisinin “SOCAR Ukraine” şirkətinə çalışdığı iddia edilirdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar