Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın bu kəndində əcaib varlıqlar peyda olub - Video

Hadisə Ucar rayonunun Çiyni kəndində baş verib

Ucar rayonunun Çiyni kəndinin sakinləri bir neçə gündür ki, qəribə varlıqla üzləşdiklərini deyirlər.

"Yeni Sabah" "Xəzər Xəbər"ə istinadən bildirir ki, kənddə peyda olan əcaib varlıq insanları təşvişə salıb.

Kənd sakinləri iddia edir ki, bir neçə gündür kənddə qəribə varlıq ortaya çıxıb. Xüsusən də gecələr həyətlərə girir, küçələrdə insanların qabağına çıxır. İnsanlar başdan ayağa tüklü olan bu canlının nə olduğunu müəyyən edə bilmirlər. O, həm də çox sürətlə qaçır.

Sakinlər deyir ki, onlar ehtiyat etdiyindən gündüzlər əllərində ağac parçaları ilə gəzirlər. Onların sözlərinə görə, naməlum varlıq hündür divarlara da dırmaşır.

Sakinlər bununla bağlı polisə də müraciət ediblər. Rayon polis şöbəsindən "Xəzər Xəbər"ə verilən məlumata görə, kəndə polis əməkdaşları cəlb olunub.

Gecə saatlarında da kənddə yoxlamalar aparılır. Çiyni kənd icra nümayəndəsi Vüqar Zeynalov da bildirib ki, vətəndaşlarla söhbətlər aparılıb. Onlara gecə saatlarında tək gəzməmələri tövsiyə olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Pia.az

 


Etiket: Ucar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar