Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtər çayı üzərindəki qədim körpü - Foto

Körpü X-XI əsrlərdə tikilib və 15 tağdan ibarət olub

Keçmişdə dünyanın dördbir tərəfinə uzanan karvan yolları qədim Bərdə körpüsündən keçirmiş.

Tərtər çayı üzərində yerləşən körpü Azərbaycanda nadir tarixi abidələrdəndir ki, qalıqları bu günümüzə qədər gəlib çatıb. Körpü, əsasən, çay daşlarından, üst hissəsi isə qırmızı kərpicdən hörülüb. Özülü çox aşırımlı dayaqlar üzərində qurulub.

Tarixi körpünün istiqamətindən də görünür ki, Tərtər çayı keçmişdə indiki yatağı ilə deyil, tamam fərqli məcrada axıb.

Bərdə şəhərinin qədim hissəsi orta əsrlərdə olduğu kimi, müdafiə məqsədi daşıyan qala divarları ilə əhatə olunub. Körpünün üzərindəki hərəkət istiqamətindən də görünür ki, şəhərin qala qapıları Şərqə doğru açılıb.

Çox güman ki, Bərdə şəhərinin bir neçə istiqamətə - Gəncə tərəfə və Ağdama doğru qala qapıları olub. X əsr ərəb tarixçiləri İbn Havqəl, Əl-İstəxri və başqalarının əsərlərində də bu barədə məlumatlar var.

Bərdə Regional Turizm İnformasiya Mərkəzindən bildirib ki, Bərdə körpüsü tarixi abidə kimi qorunan maddi mədəniyyət nümunələri sırasındadır. 2015-ci ildə tarixi abidənin ərazisində abadlıq-quruculuq işləri aparılıb, park bulvar sistemi yaradılıb.(Oxu.Az)

Pia.az

 

Fotolar




Etiket: körpü Tərtər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar