Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmur ərinin qətlində ittiham olunan qadın şikayətçidir - Vəkilindən açıqlama

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Xalidə İsgəndərovanın vəkili Ali Məhkəməyə ərizə ilə müraciət edib

Vəkil Cavanşir Süleymanovun verdiyi məlumata görə, ərizə yeni açılmış hallar üzrə məhkəmələrin hökmünə və qərarlarına yenidən baxılması ilə bağlıdır.

Xalidə İsgəndərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, həyat yoldaşı, uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olan Füzuli İsgəndərovun qətlində təqsirli bilinib. Füzuli İsgəndərov 2014-cü il sentyabrın 1-də – qızı Bülbülün toyundan üç gün sonra yaşadığı evə bitişik qarajda qətlə yetirilib. F.İsgəndərovun həyat yoldaşı Xalidə İsgəndərova 2015-ci il aprelin 29-na qədər bu iş üzrə zərərçəkmiş qismində tanınsa da, sonradan o, qətldə ittiham edilərək məsuliyyətə cəlb edilib.

Xalidə Isgəndərova isə ittihamları qəbul etməyib və həyat yoldaşını maskalı şəxsin qətlə yetirdiyini bildirib. Onun sözlərinə görə, həmin şəxs toyun pullarını almaq üçün Füzuli İsgəndərovdan sonra ona və həmin vaxt evdə olan azyaşlı qızı Əmanəyə də hücum edib və bıçaqla xəsarət yetirib.

Ancaq istintaq və məhkəmə F.İsgəndərovun həyat yoldaşı tərəfindən qətlə yetirlidiyi qənaətinə gəlib.

Vəkil Cavanşir Süleymanov Ali Məhkəməyə təqdim etdiyi ərizəsində X.İsgəndərovanın günahsız olduğunu, ona qarşı sübutların saxtalaşdıldığını, cinayət işi materlallarında prosessual pozuntulara yol verildiyini bildirib. Vəkil Bakı Şəhər Prokurorluğunun böyük müstəntiqi Müşfiq Abbasovun cinayət işini düzgün aparmadığını hesab edir.

"2015-ci ilin Xalidə İsgəndərova və kiçik qızı - yetkinlik yaşına çatmamış İsgəndərli Əmanə Füzuli qızı ölüm işinin istintaqının səthi aparılması, ərinin qohumlarının və böyük qızı İsgəndərova Bülbül Fizuli qızının tanışlarının cinayətə aidiyyatı, Füzuli İsgəndərovun öldürülməsinin onun çoxmilyonluq əmlakının ələ keçirilməsi məqsədilə törədilməsi versiyalarının yoxlanılmaması ilə bağlı müxtəlif hakimiyyət orqanları və idarələrinə şikayətlər göndəriblər. Bundan xəbər tutan mərhumun qohumları Xalidə İsgəndərovaya bildirdilər ki, əgər şikayətlərini dayandırmasa və mülklərdən imtina etməsə, 18 il müddətinə azadlıqdan məhrum ediləcək, türmədə isə öldürüləcək" - C.Süleymanov ərizəsində qeyd edir.

Vəkil əlavə edir ki, bundan sonra - aprel ayında müstəntiq X.İsgəndərovaya Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızılıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürüb.

İttihama əsasən qətlin motivi, xəstə anasını ziyarət etməyə icazə verməyən Füzuli İsgəndərovdan Xalidə İsgəndərovanın intiqam alması olub.

Bakı Apellyasiya Məhkəməsi onun cəzasının 18 ildən 16 ilə endirib.

Vəkil qeyd edir ki, ötən il Fizuli İsgəndərovun qohumları Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə müraciət edərək Xalidə İsgəndərovadan maddi və mənəvi ziyanın tutulması, eləcə də Xalidə İsgəndərovanın və Əmanə İsgəndərlinin ləyaqətsiz vərəsə hesab olunması barədə müraciət etsələr də, təmin edilməyib.

Bakı Apellyasiya Məhkəməsi isə Xalidə İsgəndərovanın Fizuli İsgəndərova münasibətdə ləyaqətsiz vərəsə hesab olunması barədə qərar çıxarıb və Ali Məhkəmə qərarı qüvvədə saxlayıb.

Vəkil bildirir ki, Xalidə İsgəndərovanın günahsız olduğu halda, məsuliyyətə cəlb edilməsi, həmçinin Xalidə İsgəndərovanın və Əmanə İsgəndərlinin Füzuli İsgəndərovun çoxmilyonluq əmlakından məhrum edilməsi məqsədilə ləyaqətsiz vərəsə hesab edilməsinə rüşvət müqabilində nail olunması barədə 2019-cu ilin iyununda Əmanə İsgəndərli və onun xalası Adilə Tağıyeva sübutlar əldə ediblər:

"Əldə edilmiş materiallardan həm də görünür ki, Xalidə İsgəndərovanın barəsində qanunsuz qərarların əsaslandırılmasından ötrü müstəntiq Müşfiq Abbasov və hakimlər tərəfindən zərərçəkmişlərin, şahidlərin açıq-aşkar yalan ifadələrindən, saxta maddi sübutlardan, protokollardan və digər sənədlərdən istifadə olunub. Xüsusən də, Adilə Tağıyevanın sözlərinə görə 2019-cu ilin iyununda Bülbül İsgəndərova (mərhumun böyük qızı) zəng edərək telefon söhbətində bildirib ki, 2015-ci ildə anası Xalidə İsgəndərovanın üstünə şər atmaq üçün Cəmilə Süleymanova, Mahir Süleymanov, müstəntiq Müşfiq Abbasov və digər şəxslər onu yola gətirib, əvəzində Bakı şəhəri, Babək döngəsi, 11 saylı evi onun adına rəsmiləşdirməyi söz versələr də, onu aldadıb və heç nə verməyiblər. Bundan əlavə, Bülbül İsgəndərova telefon danışığında bildirib ki, Cəmilə və Mahir Süleymanovlar, o cümlədən ata tərəfdən digər qohumları müstəntiq Müşfiq Abbasovla anlaşaraq külli miqdarda rüşvət müqabilində Xalidə İsgəndərovanın ittihamını saxtalaşdırıb və onu həbs edib, sonra isə müstəntiq M.Abbasovun Ali Məhkəmədə işləyən dayısı vasitəsilə Bakı Ağır Cinaytələr Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin hakimləri ilə danışaraq, yenə də rüşvət müqabilində Xalidə İsgəndərovanın barəsində hökmün qüvvədə saxlanılması və onun ləyaqətsiz vərəsə kimi tanınmasına nail olublar.

Bülbül İsgəndərovanın sözlərinə görə, buna görə müstəntiq Müşfiq Abbasova rüşvət şəklində Cəmilə Süleymanovanın və Mahir Süleymanovun daşınmaz əmlakları verilib, onların satışında əldə edilmiş puların bir hissəsi isə hakimlərə rüşvət qismində istifadə olunub.

Sözlərinin təsdiqi olaraq Bülbül İsgəndərova Adilə Tağıyevanın telefonuna Cəmilə və Mahir Süleymanov və digər şəxslərin müstəntiq Müşfiq Abbasovla Xalidə İsgəndərovanın məsuliyyətə cəlb edilərək məhkum edilməi və onun və Əmanə İsgəndərlinin ləyaqətsiz vərəsə qismində tanınması ilə bağlı rüşvətin alınması, məbləği və paylaşdırılması ilə bağlı danışıqları göndərib.

Bundan əlavə, sözlərinin təsdiqi olaraq Bülbül İsgəndərova Adilə Tağıyevanın telefonuna Cəmilə Süleymanovanın müstəntiq Müşfiq Abbasovla olan analoji məzmunlu SMS yazışmasını, eləcə də, Cəmilə və Mahir Süleymanovların müstəntiq M.Abbasova rüşvət qismində əmlakların verilməsini və bu əmlaklarla bağlı sonraki manipulyasiyaları təsdiq edən şəhadətnamələrin, məhkəmə qərarlarının və digər sənədlərin surətlərini göndərib".

Vəkil vurğulayır ki, müdafiə tərəfinin əvvəllər də qeyd etdiyi kimi, Xalidə İsgəndərovanın təqsirsizliyi və müstəntiq Müşfiq Abbasov və hakimlər tərəfindən onun barəsində sübutların saxtalaşdırılması ilə bağlı əvvəllər müəyyən edilmiş hallarla məcmu şəklində yeni açılmış hallar Xalidə İsgəndərovanın ləyaqətsiz vərəsə hesab olunması ilə bağlı qanunsuz məhkəmə qəraralarına yenidən baxılması üçün şərtsiz əsasdır".

Vəkil Xalidə İsgəndərovanın ittiham sübutlarının müstəntiq Müşfiq Abbasov və hakimlər tərəfindən saxtalaşdırıldığını da Ali Məhkəməyə ərizəsində diqqətə çatdırıb.

Cavanşir Süleymanov qeyd edir ki, məhkəmədə Əmanə İsgəndərli Xalidə İsgəndərovanın ifadələrini tam şəkildə təsdiq edib, hadisənin baş vermə şəraiti barədə ətraflı danışıb, qatilin xarici görünüşünü təsvir edib, ata tərəfdən qohumlarının Xalidə İsgənədərovaya şər atdığını, yalan ifadələr verdiyini qeyd edib:

"Əmanə İsgəndərli ittiham tərəfinin nümayəndələrinin bütün suallarına ətraflı və doğru cavab verib, bununla əlaqədar, onların hər hansı sualları qalmayıb, ifadələrində hər hansı ziddiyyətlərin qalması ittiham tərəfindən bildirilməyib. Xüsusən də, məhkəmədə dindirmə zamanı Əmanə İsgəndərli göstərib ki, 30 aprel 2015-ci il tarixində, təxminən saat 10-da o, Xalidə İsgəndərova və nümayəndə Elmira Məmmədova ilə birlikdə guya ki, üzləşdirmənin keçirilməsi məqsədilə müstəntiq Müşfiq Abbasovun çağırışına əsasən Bakı Şəhər Prokurorluğuna gəlib. Prokurorluqda Xalidə İsgəndərova və Elmira Məmmədova müstəntiqin otağına keçib, Əmanə İsgəndərli isə dəhlizdə qalıb. Dərhal müstəntiqin otağından qışqırıq səsləri gəlib, Xalidə İsgəndərovanı harasa aparıblar. Elmira Məmmədova isə Əmanəyə deyib ki, Xalidəni tutdular, müstəntiq nə desə onu etmək lazımdır, yoxsa Xalidə ömürlük həbs olunacaq.

Yalan və şantaj yolu ilə müstəntiq Müşfiq Abbasov yetkinlik yaşına çatmamış uşağı Bakı şəhər Prokurorunun müavininin adına diktə etdiyi açıq-aşkar yalan ərizə yazmağa məcbur edib, daha sonra dərhal Əmanə İsgəndərlinin səthi dindirməsini düzəldib və yalnız bundan sonra Xalidə İsgəndərovanın şübhəli şəxs qismində tutulması barədə qərarı, tutulma haqqında protokolu və Xalidə İsgəndərovanın şübhəli şəxs qismində dindirmə protokolunu rəsmiləşdirib".

Vəkil əlavə edir ki, iş üzrə yeganə şahid Əmanə İsgəndərli olsa da, işdə Əmanə İsgəndərlinin Xalidə İsgəndərovanı şərləməyə məcbur edildiyi yalnız bir dindirmə protokolu var:

"Saxtalaşdırılmış iş materiallarına əsasən belə çıxır ki, əvvəlcə Xalidə İsgəndərovanı Əmanə İsgəndərlinin ifadələrini əsasən tutublar. Lakin həmin ifadələri onun tutulmasından 3 saat sonra alıblar. Əmanə İsgəndərlinin dindirmə protokolu yetkinlik yaşına çatmayan şahidin təkrar dindirməsi kimi keçir, lakin Əmanə İsgəndərlinin yetkinlik yaşına çatmayan şahid qismində ilkin dindirmə protokolu işdən yoxa çıxıb. Buna qədər Əmanə İsgəndərli zərərsçəkmiş şəxs qismində tanınıb və zərərçəkmiş şəxs qismində dindirilib. Cinayət işinin materiallarına əsasən Əmanə İsgəndərlinin işdə zərərçəkmiş şəxs qismində iştirakına onun şahid qismində əlavə dindirilməsindən sonra xitam verilib. Belə çıxır ki, Əmanə İsgəndərli zərərçəkmiş ola-ola şahid qismində dindirilib" - deyən vəkil vurğulayır ki, bütün bunlar iş materiallarının falsifikasiyası ilə nəticələnib.

Vəkilin sözlərinə görə, artıq 7 may 2015-ci il tarixində aldadıldığını və anasını buraxmayacaqlarını başa düşən Əmanə İsgəndərli çoxsaylı ərizələr ünvanlayaraq bildirir ki, Bakı Şəhər Prokurorluğunda qanunsuz psixi təzyiq altında onu yalan ərizə yazmağa və anasına böhtan atmağa məcbur ediblər, onun dindirmə protokollarını və ifadələrin yerində yoxlanılması protokolunu saxtalaşdırıblar.

C.Süleymanovun sözlərinə görə, qeyd olunanlar və işdə olan onlarla digər sübutlar təsdiq edir ki, Xalidə İsgəndərovanın barəsində məhkəməyədək və məhkəmə icraatları qeyri-obyektiv, qərəzli və sübutların falsifikasiyası yolu ilə aparılıb, yeni açılmış hallar məcmu şəklində Xalidə İsgəndərovanın təqsirsiz olaraq məhkum edilməsini göstərir.

Bütün bunlar nəzərə alaraq, İsgəndərova Xalidə İsmixan qızının barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli hökmünə yeni açılmış hallar üzrə baxılması ilə bağlı Ali Məhkəməyə müraciət edilib.

Qeyd edək ki, mərhum F.İsgəndərov sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar