Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AzInTelecom”da yeni təyinat olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin Maliyyə departamentinə yeni direktor təyin edilib

PİA.az “Report”-a istinadən xəbər verir ki, bu vəzifə Turan Cəfərovaya həvalə olunub.

O, bundan əvvəl nazirliyin ləğv edilmiş şirkəti – “Yüksək Texnologiyalar Parkı” MMC-nin (TYP) Maliyyə departamentinin direktoru olub və yeni vəzifəsində Fuad Əhmədovu əvəz edib. Xatırladaq ki, F.Əhmədov ötən ilin dekabr ayında işdən çıxıb və onun vəzifəsini müvəqqəti olaraq şirkətin baş mühasibi Aytən Şirəliyeva icra edib.

“AzInTelecom” 2015-ci ilin iyun ayında yaradılıb. Onun nizamnamə kapitalı 8,146 milyon manatdır. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində “İnfrastruktur Xidmət kimi” (IaaS) əsaslı xidmətlərdən ibarətdir.

“AzInTelecom” ötən ilin mart ayında “Azercell Telecom”un səhmlərinin 51,3%-ni əldə edib.

pia.az


Etiket: AzInTelecom

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar