Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ Komitəsindən Qüdrət Həsənquliyevə cavab

“Qarabağ probleminin həlli tələbi ilə kütləvi aksiyalar keçirilməsi üçün sentyabr ayında Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik”.

PİA.az bildirir ki, bu sözləri Yenisabah.az-a Qarabağ Komitəsinin üzvü, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib. Onun sözlərinə görə, müraciətə müsbət cavab veriləcəyinə dair gözləntisi yoxdur.

“Ümumiyyətlə, Qarabağ Komitəsi bu məsələdə hüquqi nihilizmlə üzləşib. Təsəvvür edin ki, Bakı Şəhər İcra Hakimiyyəti kütləvi aksiyaların keçirilməsini məqsəduyğun hesab etmir. Bununla bağlı məhkəməyə müraciət etmişik. Məhkəmə isə bildirir ki, meriyanın aksiyaları məqsəduyğun hesab etməməsi qadağa sayılmır. Bu o deməkdir ki, biz aksiya keçirə bilərik.

Lakin Bakı Şəhər Baş Polis İdarəsi aksiyaların qarşısını alacağını deyir. Bu faktiki olaraq məhkəmənin qərarını saymamaqdır. Ona görə də Qarabağ Komitəsi Bakı Şəhər Baş Polis İdarəsini də məhkəməyə verib”.

Bu arada deputat Qüdrət Həsənquliyev Qarabağ Komitəsinin mitinq keçirmək istəyinə münasibət bildirib. O, moderator.az-a açıqlamasında deyib: “Azərbaycan vətəndaşlarının sərbəst toplaşmaq azadlığı var və hər kəs belə bir mitinq təşkil edə bilər. Ancaq bu mitinqi təşkil edənlərin mütləq əksəriyyəti müxalifətçilər olduğundan doğru olardı ki, onlar mitinq yox, problemi sülh yolu ilə həll edəcəklərinə dair üzərlərinə beynəlxalaq təşkilatlar qarşısında 2000-ci ildən öhdəlik götürmüş ADP, AXCP, AMİP, Müsavat partiyasından tələb etsinlər ki, həmin öhdəliklərdən imtina edilisin. Sonra iqtidar və beynəlxalq birlik qarşısında tələb qoysunlar, müharibədən danışsınlar. Bu zaman onların davranışı daha məntiqli olardı. Bundan başqa, həmin mitinqə yüz minlər çıxmayacaqsa, onun ziyanı xeyirindən çox olacaq”.

İlham İsmayıl isə deputatın qanaşmasını yanlış sayır. “Biz müharibə tələbilə mitinq keçirmirik ki, həmin partiyalarla hansısa söhbətlər aparaq. Biz tələb edirik ki, münaqişənin həlli sürətləndirilsin. Necə həll olunacaq, bu artıq başqa mövzudur”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar