Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı bayram günlərini vətəndaşlarla keçirdi - Fotolar

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Qurban bayramı günlərində vətəndaşlarla görüşüb və onların problemlərini dinləyib

İcra başçısı rayonun Əhmədbəyli, Bala Bəhmənli kəndlərində (Dörd yol adlanan ərazidə) və Qayıdış qəsəbələrinə baş çəkib. O, növbəti dəfə vətəndaşlarla görüşərək, bazarlarda və topdansatış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlanmış, həmçinin alıcı və satıcılarla söhbət edib.


A.Alıyev vətəndaşları Qurban bayramı münasibəti ilə təbrik edərək, onların problem və qayğıları ilə maraqlanıb. Rayon sakinləri də öz növbəsində Qurban bayramı münasibəti ilə Prezident cənab İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik edərək, bazarlarda qiymətlərin münasib olduğunu, hər hansı bir qiymət artımının olmadığını bildiriblər.

Daha sonra icra başçısı Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan sərəncamlardan bəhs edib. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılmasının dayanır. Qeyd edib ki, son vaxtlar ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Məcburi köçkünlər dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını, çörək pulu,qaz, işıq, sudan istifadəyə görə hər ay vahid aylıq müavinət aldıqlarını, əməkhaqqı, pensiya və təqaüdlərinin vaxtlı-vaxtında plastik kartlar vasitəsilə ödənildiyini bildiriblər. (demokrat.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar