Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzuli Məmmədov Ramil Səfərovun atasını necə aldadıb?

Tanınmış vəkil, ADİSAD Hüquq firmasının rəhbəri Adil İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin Macarıstanda ömürlük həbs cəzası alan zabiti Ramil Səfərovun işinə qoşulmağının tarixçəsindən yazıb

Vəkil Adil İsmayılovun yazısını təqdim edirik:

Bu işin əvvəlindən proseslərdə iştirak edən şəxs kimi deyə bilərəm ki, Ramil Səfərovun həyatında ən mühüm müsbət rollardan birini ombudsman Elmira xanım Süleymanova oynadı.

Elmira xanım birinci gündən bu işi şəxsi nəzarətində saxlayırdı. Macarıstanda olduğum günlərdən birində məlum oldu ki, Süleymanova da, səhv etmiəmsə, Avropa Şurasına daxil olan dövlətlərin ombudsmanlarınin toplantısında iştirak etmək məqsədilə Budapeştə gəlib. Biz onunla görüşdük.

Elmira xanım Macarıstanın ombudsmanın vasitəsi ilə Ramil Səfərovla görüşmək üçün icazə aldı. Biz yerli ombudsman aparatının əməkdaşı ilə birlikdə Ramil Səfərovun saxlanıldığı istintaq təcridxanasına gəldik. Elmira xanıma Ramil Səfərovla görüşməyə şərait yaratdılar. Türmə əməkdaşlarının birinin xidməti otağında Ramil Səfərovla Elmira Süleymanovanın görüşü oldu, mən də görüşdə iştirak etdim.

Elmira xanım Ramil Səfərova ürək-dirək verdi, ölkə rəhbərliyi səviyyəsində onun işi ilə maraqlanıldığını, özünün də bu işi daim nəzarətdə saxladığını dedi.

Görüşdən sonra Süleymanovanın xahişi ilə təcridxananın rəisi bizə dustaqların saxlanıldığı bir kameranı göstərdi. Sizi inandırım ki, bu Azərbaycanın ailə yataqxanalarının bəlkə də ən yaxşısından daha yaxşı otaq idi.

Burda bir haşiyə çıxaraq deyim ki, Elmira Süleymanova mənim bildiyim qədər işin axırına kimi sözünü tutdu və Ramil Səfərovu unutmadı. Sizi inandırıram ki, Elmira xanım Azərbaycanda olan işlər üzrə Ramil Səfərovun işində göstərdiyi prinsipiallığı göstərsəydi, yəqin ki, burda baş verən qanunsuzluqların ən azı 10 faizinin qarşısını ala bilərdi.

Macarıstanın Hərbi Prokuroru ilə olan görüşümüzü yəqin ki, heç vaxt unutmayacam. O, həyatımda gördüyüm və bundan sonra görə biləcəyim ən sadə prokuror olub. General-leytenant rütbəsində olan bu adamın simasında bir nəciblik vardı. Mən Ramil Səfərovun işi ilə əlaqədar hərbi prokurorla görüşmək üçün Budapeştdə yaşayan həmyerlimiz Vüqar Seyidovdan (ona da bu işə göstərdiyi münasibətə görə təşəkkür edirəm) zəng edib görüş almasını xahiş etdim. Seyidov zəng edib xahişimi prokurorluğun əməkdaşına çatdırdı, qısa bir zamandan sonra onun telefonuna geri zəng gəldi, dedilər ki, prokuror sabah saat 9:30-da məni qəbul edəcək.

Maraqlandılar ki, hansı dili bilirəm, mən rus dilini bildiyimi dedikdə sabah görüşə rus dili tərcüməçisi dəvət edəcəklərini bildirdilər. Səhər deyilən vaxt hərbi prokurorluğun qarşısında oldum. Binanın girəcəyində orta yaşlı bir qadın vardı, məlum oldu ki, o, xüsusi olaraq bu görüş üçün dəvət edilmiş rus dili tərcüməçisidir.

Sonralar Elena adlı bu qadın Səfərovun məhkəmələrində mənim üçün tərçüməçilik etdi və macar dilində olan sənədləri rus dilinə çevirdi. Təyin olunmuş vaxt polkovnik-leytenant rütbəli şəxs qapıya yaxınlaşıb bizi içəri dəvət etdi və liftlə 3-cü mərtəbəyə qalxdıq. Vüqar Seyidov və tərcüməçi qadın da bizimlə idi.

Hərbi Prokurorun köməkçisi olan polkovnik-leytenant rəisinin adından üzrxahlıq etdi. Dedi ki, hazırda onun yanında Konstitusiya Məhkəməsinin sədri var, o çıxan kimi prokuror bizi qəbul edəcək. 5-10 dəqiqə sonra qapı açıldı və iki nəfər çıxdılar.

Prokuror üzr istəyib qonağı yola saldı və bizi qəbul etdi. Təxminən 10-15 dəqiqəlik çox xoş bir söhbətimiz oldu. Məlum oldu ki, Səfərov başqa dövlətin hərbçisi olduğu üçün onun işinin Macarıstan Hərbi Prokurorluğuna aidiyyəti olmayıb. Söhbət zamanı prokuror bizə çay və qəhvə təklif etdi, söbət bitəndən sonra isə liftə qədər bizi ötürdü. Bu görüş barəsində nə üçün yazdığımı yəqin ki, özünüz başa düşdünüz.

Yadınızdadırsa yazmışdım ki, bu işlə əlaqədar heç bir iş adamından pul almamışam, arada-bərədə qulağıma müxtəlif söhbətlər çatırdı ki, guya kimlərsə Səfərovun müdafiəsinə külli miqdarda pullar xərcləyib, əgər həqiqətən belə bir şey varsa bunun mənə heç bir aidiyyəti yoxdur və ola bilməz.

Səfərovun məhkəməsi gedən dövrdə bir gün Ramilin atası zəng etdi ki, Moskvada yaşayan Frenk Elkaponi (Füzuli Məmmədov) Bakıdadır, "Hyatt Recensi" mehmanxanasında qalır, Ramilin işinə kömək etmək məqsədi ilə mənimlə görüşmək istəyir.

Mən onun israrlı xahişindən sonra razılaşdım və biz mehmanxanaya gəldik. Frenk müəllim bizi mehmanxananın 7-ci mərtəbəsində qarşıladı, dedi ki, bu mərtəbənin tamamını icarəyə götürüb. İş barəsində ona məlumat verəndən sonra Frenk müəllim bu işə iki milyon dollar pul ayırmağa hazır olduğunu, Rusiyanın ən yaxşı vəkillərini çəlb edəcəyini vəd etdi. Bundan sonra mən nə Elkaponini, nə də onun vəkillərini gördüm ...(yeni sabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar