Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Patruşevdən soruşdu: "Niyə Azərbaycana silah satırsınız?"

Yerevanda aparılan danışıqlar zamanı Ermənistan və Rusiya Təhlükəsizlik şuralarının katibləri - Armen Qriqoryan və Nikolay Patruşev hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər

Virtualaz.org Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən bildirir ki, xüsusilə, üçüncü ölkələrə silah tədarükü məsələsi qaldırılıb.

Məlumatda qeyd olunur ki, "üçüncü ölkələrə silah satışının tənzimlənməsi məsələsi müzakirə edilib”.

“Sputnik Ermənistan”ın qeyd etdiyi kimi, Rusiya son illər Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirir.

* * *

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ermənistana səfəri başlayıb.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, N. Patruşev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla iki ölkənin milli və informasiya təhlükəsizliyi məsələlərini müzakirə edib.

Qeyd olunur ki, tərəflər təhlükəsizlik şuraları, hüquq-mühafizə orqanları, hərbi idarələr və xüsusi xidmət orqanları vasitəsilə Rusiya ilə Ermənistan arasında əməkdaşlığa dair geniş məsələləri nəzərdən keçiriblər.

Həmsöhbətlər regional təhlükəsizliyin vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Qriqoryan və Patruşev iki ölkənin AAİK, MDB, KTMT və BMT Baş Assambleyası çərçivəsində qarşılıqlı əlaqələri barədə də danışıblar.

Rusiya Təhlükəsizlik Şurasının katibi Moskva ilə Yerevan arasında beynəlxalq informasiya təhlükəsizliyi məsələlərində sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Onun fikrincə, bu məsələ iki dövlətin sabit inkişafı, habelə terrorizm və ekstremizmə qarşı effektiv mübarizə üçün ciddi əhəmiyyət kəsb edir.

Sonra Nikolay Patruşev Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparıb. Görüşdə beynəlxalq gündəmdəki aktual məsələlər, xüsusən Suriyada dinc həyatın bərpası müzakirə edilib.

Xatırladaq ki, Suriyada Rusiya qüvvələrinin tərkibində erməni silahlı qüvvələrinin məhdud kontingenti də iştirak edir. Erməni mütəxəssislərin Suriyada qalması, statusu, fəaliyyəti və təhlükəsizliyi məsələləri Ermənistan qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Erməni mütəxəssislərin Suriyaya çatdırılması, eləcə də onların maddi-texniki təminatı isə Rusiya tərəfinin dəstəyi ilə həyata keçirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar