Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atambayev dövlət çevrilişində günahlandırılır - Ömürlük həbs oluna bilər

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev dövlət çevrilişində günahlandırılır

PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Orazbek Otumbaev Bişkekdə keçirdiyi mətbuat konfransında məlumat verib.

O deyib ki, sabiq prezident və onun tərəfdarları dövlət qüvvələrinə silahlı müqavimət göstərib və hətta Almazbek Atambayev öldürmək məqsədilə xüsusi təyinatlılara 6 dəfə odlu silahdan atəş açıb. Eks-prezident tutulduqdan sonra onun iqamətgahında çoxlu silah və sursat - müxtəlif tipli avtomatlar, snayper silahları, tapança aşkar olunub. İqamətgahın üçüncü mərtəbəsi müdafiə üçün hərbi bunker rolunu oynayıb.

Qırğızıstan Baş Prokurorluğunun idarə rəisi Zamir Beyşekeev isə jurnalistlərə bildirib ki, Almazbek Atambayev xüsusi ağır cinayətlərdə, o cümlədən adam öldürmə maddəsi ilə günahlandırılır və ömürlük həbs cəzasına məhkum edilə bilər.

Almazbek Atambayev, həmçinin korrupsiya, "qanuni oğru" Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunur.

Xatırladaq ki, Almazbek Atambayev avqustun 8-i axşam hökumət qüvvələrinə təslim olub və avqustun 26-dək Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılması ilə bağlı qərar qəbul edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar