Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərdən Azərbaycana qaz kəməri: İran da qarşıdır, Rusiya da...

Türkmənistanın Xəzər sahilindəki Avaza şəhərində ötən gün işini yekunlaşdıran beynəlxalq iqtisadi forum zamanı “Transxəzər” qaz kəməri ideyası da gündəmə gəlib

PİA.az xəbər verir ki, forumda həm Rusiya, həm İran nümayəndələr bu layihəyə qarşı olduqlarını nümayiş etdiriblər.

İran Xəzər dənizində şərqdən qərbə qaz kəmərlərinin tikintisinə qarşı çıxır, çünki bu regionun ekologiyasına ciddi zərər vura bilər”,-İranın “National Gas Company” şirkətinin nümayəndəsi Bəhruz Namdari Xəzər forumunda çıxışı zamanı bildirib.

O xatırladıb ki, İran qonşu ölkələrə karbohidrogen resurslarını dünya bazarlarına çıxarmaq üçün öz infrastrukturunu-qaz kəmərlərini və terminallarını təklif edir.

Rusiyanın baş naziri Dmitri Medvedyev də forumda çıxışı zamanı Xəzərdə neft-qaz kəmərlərinin çəkilməsinə dair layihələrin əvvəlcə bütün sahilyanı ölkələr tərəfindən ekoloji ekspertizadan keçirilməli olduğunu deyib. Belə müddəa Xəzərin statusuna dair konvensiyada da əksini tapır. Hərçənd konvensiyanın digər müddəasına görə Xəzərdə neft-qaz kəmərlərinin çəkilməsi həmin kəmərlər hansı ölkənin milli sektorlarından keçirsə onların öz aralarında razılaşdırılmalıdır.


Daha əvvəl Rusiya hökumətinin aparat rəhbəri Sergey Prixodko da Transxəzər qaz kəməri ideyasını məqsədəuyğun saymadığını deyib. “Xəzərin unikal ekosisteminin qorunub saxlanılması maraqları istənilən hipotetik iqtisadi layihələr üzərində prioritet təşkil edir”,-Prixodko “Transxəzər” qaz kəməri ideyasını nəzərdə tutaraq deyib.

“Transxəzər” qaz kəməri ideyasını Qərb fəal müdafiə edir və dəfələrlə bu layihə Türkmənistanla danışıqlarda müzakirə olunub. Azərbaycanın layihə ilə bağlı mövqeyi belədir ki, “Transxəzər” barədə qərarı kəmərin başlanğıcını götürdüyü ölkə qəbul etməlidir. Azərbaycan isə ancaq bundan sonra tranzit ölkə kimi öz mövqeyini ortaya qoyacaq. (virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar