Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər Azərbaycana keçən əsgər haqda xəbər yaydılar

Ermənistan mediası avqustun 12-də təmas xəttinin Füzuli istiqamətindən fərarilik edərək Azərbaycan tərəfə keçən erməni hərbçisi barədə bəzi məlumatlar yayıb

2019-cu ilin yanvarında hərbi xidmətə çağırılan Araik Kazaryan Ermənistan vətəndaşıdır. 19 yaşlı əsgər Ermənistanın Vayotsdzor vilayətinin (işğal altındakı Kəlbəcər rayonu ilə həmsərhəd-red.) Yexeqis kəndindəndir. İşğal altındakı Qarabağda işgəncələrə dözməyib Azərbaycan əsgərlərinə könüllü təslim olan erməni əsgərin qardaşı da Ermənistan ordusunda xidmət keçir. Onun orduda müqaviləli xidmət keçdiyi bildirilir. A.Kazaryanın bir müddət əvvəl məzuniyyətdə olduğu bildirilir. Erməni tərəf iddia edir ki, onun yüksək əhval-ruhiyyəsi var imiş, heç nədən şikayətlənmirmiş. Orta məktəbdə yaxşı oxuyan Kazaryanın sonralar proqramlaşma işi ilə məşğul olduğu qeyd olunub. Tərxis olunandan sonra ali təhsil almaq niyətindəymiş.

Ermənistan tərəf əsgərin fərariliyi və Azərbaycan tərəfə keçməsi barədə Azərbaycan mətbuatından xəbər tutub. Maraqlıdır ki, hələlik əsgərin işgəncəyə məruz qalması və fərarilik etməsi haqda Ermənistan tərəfdən rəsmi açıqlama verilməyib. Görünür ermənilər hələlik bir bəhanə uydura bilmirlər.

Azərbaycanın işğal altındakı ərazilərdə xidmət keçənlərin dözülməz vəziyyətlə üz-üzə olması barədə çoxsaylı faktlar var və bunu ermənilər də etiraf edir. Üstəlik, Ermənistan vətəndaşının Qarabağda xidmət keçməsi işğalçının mahiyyətini növbəti dəfə ifşa edir. Hansı ki, erməni rəsmilər iddia edirdilər ki, Qarabağı “artsax əsgərləri qoruyur”. Kazaryanın döyüş postundan qaçması faktı göz önündədir. (Musavat.com)

pia.az


Etiket: Ermənistan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar