Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirşahin sensasion görüntülər yaydı - Video

Real TV Azərbaycanda mühacir biznesi ilə bağlı şok görüntülər yayıb

PİA.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, videoda bəlli olur ki, bir müddət əvvəl hüquq-mühafizə orqanları “Gəncliyin Elmi-Mədəni inkişafı” İctimai Birliyində əməliyyat tədbiri keçiriblər.

Təşkilatın Bakı şəhərinin müxtəlif ünvanlarında yerləşən ofislərindən çoxlu sayda saxta sənədlər, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlar, eləcə də müxalif yönümlü siyasi partiyalara, AXCP və Müsavat-a məxsus möhür və ştamplar maddi sübut qismində götürülüb.

Aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvləri bu əməlləri bir sıra bizə bəlli olan konkret ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları ilə maddi maraq zəminində həyata keçirib. O da məlum olub ki, xarici ölkələrə göndərilmiş şəxslər guya Azərbaycanda təqib olunmaları, hüquq-mühafizə orqanları tərəfindən müxtəlif təzyiqlərə məruz qalmalarını əks etdirən saxta sənədləri Qərb ölkələrinin müvafiq dövlət orqanlarına təhvil verərək “siyasi mühacir” statusu alırlar.

Mütəşəkkil dəstə şəklində birləşən GEMİ, “YES TRAVEL” 2017-ci ildən etibarən yaşamaq üçün xarici ölkələrə gedən və ya turizm səfərləri edən ayrı-ayrı Azərbaycan vətəndaşlarnın qanunsuz miqrasiyasını təşkil etmək məqsədilə xarici dövlətlərin səfirliklərindən qeyri-qanuni vizaların alınması üçün tələb olunan rəsmi sənədləri saxtalaşdırırmışlar.

Ofisdən 100-dən artıq dövlət qurumu və ayrı-ayrı təşkilatın möhürləri tapılıb. Necə deyərlər Vahid pəncərə yaradıblar. İstənilən sənədi hazırlamaq üçün istənilən dövlət qurumunun ixtiyarını imitasiya edə biləcək mexanizmə, alətlərə, avadanlıqlara malikdirlər.

“Təsəvvür edin: onlara kimisə siyasi mühacir kimi xaricə göndərmək lazımdır. Bəs xaricdə Siyasi mühacir kimi tanınmaq üçün nə tələb olunur? Tutaq ki, təzyiqə məruz qaldığını sübut edən arayış. Buyurun. Belə bir sənədi tərtib etmək üçün lazım olan hər növ imkan, zəruri blank forması, müvafiq möhür və ya ştamp var. Qalır imza qoymaq. O məsələ də öz həllini tapır”.

Mütəşəkkil qrupun möhür, ştamp, blank və s. kolleksiyası zəngindir. Demək olar ki, Azərbaycan Respublikasının hər növ və müxtəlif təyinatı qurum və təsisatlarının ixtiyarı burda klonlaşdırılıb. 100-ə yaxın adda, möhürdə, ştampda, blankda...

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis idarəsinin dairəvi möhürünə də, Xarici İşlər nazirliyi, Konsulluq İdarəsi-dairəvi möhürünə də, Azərbaycan Respublikası Azərbaycan Xalq Cəbhəsi Partiyasının dairəvi möhürünə də, Müsavat partiyasının dairəvi möhürünə də malik olublar...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar