Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

APOEL-in baş məşqçisi: "Qarabağ"a qarşı ən yaxşı oyunu göstərmək istəyirik"

"Çox yaxşı komandam var. Matça neçə faiz hazır olduqlarını deyə bilmərəm"

Bunu Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll Azərbaycanın "Qarabağ" komandasına qarşı Bakıda keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

KİV nümayəndələrinin suallarını cavablandıran almaniyalı mütəxəssis bildirib ki, debüt matçında əsas məqsədi lazımı nəticəni qazanmaqdır: "Futbolçular ilk oyundakı nəticəni dəyişmək istəyirlər. Dörd məşqimiz olub və onların hər biri bacardıqlarının ən yaxşısı göstərmək arzusundadırlar. Təəssüf ki, ilk matçda bunu göstərə bilməyiblər. Məşq prosesindən çox razıyam. Sabahkı matçda köklənmişik və ən yaxşı oyununu göstərmək istəyirik. Konsentrasiyamız böyükdür, mərhələ keçmək üçün 2 top fərlqilə qalib gəlməliyik".

T. Dollun sözlərinə görə, Bakıda hədəfləri ilk görüşdəki məğlubiyyəti unutdurmaqdır: "Önəmli olan daha yaxşı oynamaqdır. Sabah fərqli mübarizə aparmalıyıq. Futbolçularla bu barədə danışmışam. Hesab edirəm ki, bizim də şansımız var. Çox güclü komandaya qalib də gələ bilərik".

Qeyd edək ki, ilk matçda "Qarabağ" rəqibini 2:1 hesabı ilə məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 20:30-da başlayacaq. (APA)

pia.az


Etiket: Qarabağ APOEL

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar