Bazar, 25 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

“İstədiyimiz vaxt Fars körfəzində istənilən gəmini ələ keçirərik...”

İran hakimiyyəti Fars körfəzində istənilən vaxt istənilən gəmini ələ eçirə bilər, hətta onu Amerika və ya Britaniya qüvvələri müşaiyət etsə belə.

Belə təhdidlə İranın İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələrinin komandanı, admiral Əlirza Tangsiri çıxış edib. İran televiziyasında çıxışı zamanı admiral bildirib ki, İnqilab Keşikçilərinin dəniz qüvvələri Hörmüz boğazında və Fars körfəzində təhlükəsizliyi müstəqil şəkildə təmin etməyə qadirdir. Və hansısa xarici köməyə ehtiyacı yoxdur.

Admiral onu da deyib ki, əgər körfəzdə hansısa formada İsrail qüvvələri görünsə bu müharibəyə gətirib çıxaracaq.

Admiral Əlirza Tangsiri ABŞ və Böyük Britaniyanı körfəzdəki hərbi iştiraklarına haqq qazandırmaq üçün “müxtəlif ssenarilər” uydurmaqda günahlandırıb. Deyib ki, Amerika tərəfi əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir.

Qeyd edək ki, İran son vaxtlar körfəzdə bir neçə dəfə neft tankerlərinə hücum edib, Böyük Britaniyaya məxsus tankeri ələ keçirib. Körfəzdən neft daşımalarının və gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün ABŞ Müdafiə Nazirliyi xüsusi missiya başladıb. Və müttəfiqlərini bu missiyaya qoşulmağa çağırıb. Hələlik təkcə Böyük Britaniya bu missiyaya qoşulmağa hazırdır. İyulun 22-də bu ölkə özünün atom sualtı qayığını və dəniz piyadaları dəstəsini Fars körfəzinə göndərib.(virtualaz.org)

pia.az

Etiket:

loading...