Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşad Məcidlə gənc yazarlar arasında qalmaqal

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid gənc yazarlara, konkret olaraq Tural Turan, Fuad Cəfərli və Emil Rasimoğluna müraciət edib

AYB katibi bu müraciətini sosial şəbəkə vasitəsilə edib.

Onun "Gənc yaşınızda içinizi kin-kidurətlə doldurmayın" sözləri ilə başlanan statusu belə davam edir: "Sizin Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar haqqında belə yekəxana tonda və kobud leksikonla danışmağınız məni təəssüfləndirdi. Siz bununla öz mənəvi, ədəbi və mədəni keyfiyyətlərinizin hansı səviyyədə olduğunu ictiamiyyətə göstərmiş oldunuz. Əmin olun, cəmiyyət təkcə çayxanada dedi-qodu yapan, sosial şəbəkələrdə hər sərsəm fikrə züy tutan 5-3 adamdan-profildən-troldan ibarət deyil. Dəyərlər tam sarsılmayıb, savadlı, soyuqqanlı, ağıllı və abırlı adamlar hələ də çoxdur. Və siz bu hərəkətinizlə onların gözündə öz mahiyyətinizi ortaya qoydunuz".

R.Məcid qeyd edib ki, Anar müəllimin onları tanımaması təbiidir: "Siz bu son yekəxana bəyənatlarınızdan başqa diqqəti cəlb edəsi nə iş görmüsünüz ki?! Əgər 5-3 ortabab şeirlə ədəbiyyatı “zənginləşdirdiyinizi” düşünürsüzsə, bu, xam xəyaldır, yanılırsınız. Anar müəllimin diqqətini çəkməyə layiq olmaq istedadın, çoxillik əzmkar yaradıcı fəaliyyətin, ədəbiyyata xidmətin nəticəsində mümkündür. Bunu çoxları arzulayıb, gücü çatmayanda təhqirə keçib, bəziləri də Anar müəllimin satirik əsərlərinin qəhrəmanlarına çevrilib, hətta bundan sevinib xoşbəxt də olublar.

Öz uğursuzluğunu kənarda axtarmaq, bütün problemlərin səbəbkarı kimi Anar müəllimi görmək şakəri yeni deyil. Son 20-25 ildə bunu çox görmüşük. Görünür, sizin AYB üzvü olmağınız, təqaüdə layiq görülməyiniz, ikinizin Gənclər Şurasında təmsil olunmağınız subyektiv və səhv qərar olub. Bunu zaman və təəssüf ki, həm də siz özünüz davranışınızla təsdiq etdiniz. Gərək AYB vəsiqələrini sizə təqdim edəndə Anarın tariximiz, mədəniyyətimiz, ədəbiyatımız haqqında əsərlərini, ən azından “Yaşamaq haqqı” traktatını da verəydik. İnanmıram ki, onları oxuyan hansısa Azərbaycan gənci ədəb-ərkan əndazəsini, nəzakət qaydalarını bu dərəcədə aşardı. Təəssüf! Amma gec deyil. O əsərləri tapıb oxuyun! İşləyin, zəhmət çəkin, özünüzü təsdiq etməyə çalışın! “Şeirdən çox da ucalıq ummayın!” Həyat sərtdir, amansızdır, hərdən rəhmdildir və həm də bütün bunlarla maraqlıdır. İndidən - gənc yaşınızda içinizi kin-küdurətlə doldurmayın. Qoruyun şeir yazan ürəyinizi..."

R.Məcidə cavab gecikməyib. Emil Rasimoğlu onun yazdıqlarına belə cavab verib: "Hörmətli Rəşad müəllim, sizin bizim haqqımızda yazınızı oxudum. Oxudum və çox təəssüfləndim! Təəssüfləndim ona görə ki, cavab verəndə də ədalətlə cavab vermək lazımdı!

Öncə onu deyim ki, ictimaiyyət içində bizim mənəvi, ədəbi və mədəni keyfiyyətlərimizə adımızı tutan, ünsiyyətdə olan hər kəs gözəl bələddir! Hər kəs! Gözü, əli, yolu, düşüncəsi vicdan olan adamın içi kinli olmaz.

Namizəd olmaq, etik normalar çərçivəsində fikirlərini açıqlamaq, ədalət naminə vicdanla cavab vermək və bütün bunların vəhdətində sağlam mübarizə aparmaq ədəbsizlik deyil! Heç ola da bilməz! Biz Anar müəllimin ədəbiyyatdakı yerindən, sənətindən, əsərlərindən danışmamışıq (danışdığımız halda da yetərincə qiymətləndirmişik.) Bu, öz yerində. Biz Anar müəllimin mövcud məsələ ilə bağlı münasibətinə sadəcə fikir bildirərək cavab vermişik. Həm də o münasibətə cavab vermişik ki, orada şəxsiyyətə ironiya, kinayə olub. Şəxsiyyət toxunulmazdır, toxunulmaz! Amma bizim cavabımız ironiyasız, kinayəsiz, gülüşsüz olub. Düşünülmüş və məntiqli şəkildə!”

Yazar eyni zamanda qeyd edib ki, nəsildaşları sırasında ədəbiyyata bağlılıqları, ədəbi fəaliyyətləri göz önündədir: "Bu, bir prosesdir! Seçki anlayışı varsa, namizəd də var. Namizəd varsa, rəqib də var. Rəqib varsa, mübarizə də var. Fərq etməz o mübarizə hansı yaş təbəqəsindən olan şəxslərdən ibarətdi. Gəncliyi sevmək lazımdı, sevmək!".(müsavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar