Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN hər dəfə “nəzarət olunmayan ərazi” arqumentini səsləndirir

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat şöbəsinin rəisi Aqşin Əlili Nardaranda baş vermiş ailə faciəsi ilə bağlı açıqlama verib

Qurum rəsmisi Oxu.Az-a bildirib ki, hadisə onların nəzarətində olmayan ərazidə baş verib:

“FHN daim əhaliyə xəbərdarlıq edir ki, xilasedicilərin, xüsusi texnikaların olmadığı, üzmə sərhədlərinin müəyyən edən sərhədlərin göstərilmədiyi sulara girməsinlər. Təəssüf ki, vətəndaşlar bunu nəzərə almır və bu kimi bədbəxt hadisələr qaçılmaz olur.

Bu gün baş verən hadisənin olduğu yer isə çimərlik üçün deyil, kiçik həcmli gəmilərin saxlanması üçün bazadır. Bədbəxt hadisə də məhz bu ərazidə qeydə alınıb.

Videodan da görürsünüz ki, kifayət qədər daşlı, qayalı dərin sahədir. Bu ərazi bizim Nardaran Sularda Xilasetmə Məntəqəsindən təxminən üç kilometr aralıda yerləşir. Bu günə qədər bizim xidməti ərazilərimizdə sudaboğulma təhlükəsi ilə üzləşən 231 nəfər xilas edilib. Xidməti ərazilərdə ölümlə nəticələnən suda boğulma faktı qeydə alınmayıb.

Bu hadisədə boğulanlar qohum uşaqlardır. İki qardaşın övladları olub. Üç uşağın meyiti artıq çıxarılıb. Lakin sonuncu uşaq 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışları hələ də davam edir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar