Şənbə, 04 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Rusiya ilk dəfə “Xəncər”i hədəfə sapladı - Video

“Beynəlxalq ordu oyunları-2019” çərçivəsində keçirilən “Aviadarts” müsabiqəsində Rusiya aviasiyası ilk dəfə hava-yer tipli uzaqmənzilli “Kinjal” (“Xəncər”) raketini tətbiq edib

Ötən şənbə günü, avqustun 10-da keçirilən aviaşoudan “Zvezda” telekanalının yaydığı reportaja əsasən hipersəs sürətli “Kinjal” raketi ilə silahlanmış MiQ-31K qırıcı-bombardmançısı və beşinci nəsil Su-57 qırıcıları “Aviamiks” taktiki epizodu zamanı hücumçu və bombardmançı aviasiyanın hərəkətlərinin “qorunmasını” həyata keçiriblər.

Poliqonda 12 tipdə olmaqla cəmi 60 hədəf quraşdırılmışdı. MiQ-3K təyyarəsindən buraxılan “Kinjal” raketi şərti hədəfləri darmadağın edib.

Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi “Beynəlxalq ordu oyunları-2019” avqustun 3-də başlayıb. Orada dünyanın 36 ordusundan 5 mindən çox hərbçi iştirak edir. Oyunlar 10 ölkədəki 25 poliqonda keçirilir. Azərbaycan hərbçiləri də oyunlara qatılıb.

Hipersəs sürətli aviasiya zərbə kompleksi “Kinjal” Rusiya prezidenti Vladimir Putinin ötən il ilk dəfə təqdim etdiyi supersilahlardan biridir. Bu raket düşmənin hava hücumundan müdafiə sistemlərinin təsir zonasına daxil olmadan 2 min kilometrə qədər uzaqlıqda hədəflərə yüksək dəqiqlikli zərbə endirməyə imkan verir. Daşıyıcı təyyarə raketi start nöqtəsinə cəmi bir neçə dəqiqəyə çatdırır, “Kinjal”ı buraxır və bazaya geri qayıdır. Raket isə səsdən iti sürətlə və yüksək manevrlərlə hədəfə doğru şığıyır.

Artıq Rusiyanın Cənub Hərbi Dairəsinin qırıcıları “Kinjal” raketləri ilə silahlanıb.(virtualaz.org)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: “Xəncər”


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

XİN-də əməliyyat: Elmar Məmmədyarovun yaxın dostu və işçisi saxlanıldı – Yenilənib

XİN-də keçirilən əməliyyatla bağlı DTX məlumat yaydı

Ramiz Mehdiyevdən sonra sifarişli mitinqlər də dayanıb - Eldar Namazovun məqaləsi

"Əli İnsanov dedi ki, bu işlərin başında Ramiz Mehdiyev dayanır" - 15 ilin sirri

Bakıda bu gecədən nəqliyyatın hərəkəti dayandırılır: Metro bağlanır

Sabiq nazir DTX-nin XİN-də keçirdiyi əməliyyatla bağlı açıqlama verib

Bakıda kriminal avtoritet qətlə yetirilib - Yenilənib, Foto

“Hökumət o qədər başını itirib ki, nə vətəndaşı, nə biznesi anlayacaq durumda deyil”

loading...

Ən çox oxunanalar