Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan regionda öz liderlik mövqeyini daha da gücləndirir” - Politoloq

Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov yazır

Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə ölkə başçısı Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması nəticəsində Azərbaycanın əlavə gəlir əldə edəcəyini bildirib: “İqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır ki, bu, dayanıqlı olsun. Cənub Qaz Dəhlizinin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülüb. Hazırda Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır. Artıq onun sonuncu seqmentinin icrası başa çatır. Bu, tarixi layihədir. Hesab edirəm ki, altı ayda görülmüş işlər təqdirəlayiqdir”.

Prezident İlham Əliyev öz çıxışında iqtisadi artımlar üçün yeni mənbələrin vacibliyinin bildirdi. Burada söhbət həm enerji, həm də qeyri-enerji sahəsindən gedir: Azərbaycanın kənd təsərrüfatının müxtəlif sahələrində apardığı işlər göz önündədir. Son 2-3 il ərzində kənd təsərrüfatı, eyni zamanda qeyri-neft sektorundan əldə olunan gəlirlər artmaqdadır. Bunun da əsas səbəbi odur ki, Azərbaycan gələcəkdə təkcə enerji layihələrindən deyil, qeyri-enerji, turizm, elmi-tərəqqi sahələrindən də gəlir əldə etmək niyyətindədir. Ümumiyyətlə yaxşı məlumdur kı, rəsmi Bakı mühüm iqtisadi, mədəni, siyasi layihələrdə bəzən müxtəlif ölkələrin qeyri-adekvat siyasəti ilə qarşılaşır. Ancaq buna baxmayaraq, meqalayihələri reallaşdırmağı bacarır.

Cənub Qaz Dəhlizinin reallaşdırılması o deməkdir ki, Azərbaycanın əlavə gəliri artacaq. Bu, əhalinin sosial rifahının, iqtisadi potensialın yaxşılaşmasına gətirib çıxaracaq ən əsas amillərdəndir. Sözügedən layihələr həmçinin çox böyük siyasi əhəmiyyətə malikdir. Azərbaycan məhz bunun hesabına regionda öz liderlik mövqeyini daha da gücləndirir. TANAP, Bakı-Tiflis-Qars layihəsi artıq reallaşıb və qarşıdakı ildə TAP layihəsinin həyata keçirilməsini gözləyirik.

Aparılan iqtisadi siyasətin nəticəsidir ki, təkcə bu il ərzində iki böyük sosial paketin reallaşmasının şahidi olduq. Birinci paket 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlırinin artlrılması, mühüm sosial məsələlırin həllinə 1.6 milyard manatın yönəldilmısini nəzərdə tutmuş və icra olunmuşdur. İkinci paketin icrası ilə bağlı hazırlıq işləri tamamlanmış, sentyabrın 1 dən minimal əmək haqqının 250 manata çatdırılması, əlavə olaraq 400 min nəfərin maaşının 20-50 faiz artırılması, 750 min pensiyaçıya verilən vəsaitin oktyabrın 1 dən yüksəldilməsi nəzərdə tutulmuşdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar