Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xəyanət və səviyyəsizlik həmişə olub”

“O adamlar milli, vətənpərvərlik ruhunda iş görə bilərlər ki, əvvəlcə onlar cəmiyyətdə tanınsınlar və qəbul olunsunlar”

PİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov vətənpərvərliklə bağlı məsələlərdən danışarkən deyib. Xalq artisti bildirib ki, hər kəs öz yerini bilsə, tənqidə tuş gəlməz:

“Bir neçə gün öncə Qulu Məhərrəmlinin televiziyamızla bağlı fikirlərini oxudum və çox xoşuma gəldi. O, peşəkar televiziyaçıdır və dediklərində böyük həqiqət var. O adamlar milli, vətənpərvərlik ruhunda iş görə bilərlər ki, əvvəlcə onlar cəmiyyətdə tanınsınlar və qəbul olunsunlar. Nəhayət onların əməlləriylə sözləri düz gəlməlidir. Bər-bəzəklə, naxış vurmaqla vəziyyəti dəyişmək mümkün deyil. Nitşe deyir ki, “Dünyanın ən murdar məxulqati cahil və nadan insanlardır”. İmadəddin Nəsimi isə deyir ki, “Bu dünya bir murdardır, qaç, get könül murdaridən”. Ona görə də insanlar özlərinə uyğun hərəkət etməlidir. Layiq olmadığı yerdə oturan adam orda oturmasın və tənqid olunanda da inciməsin. Hər kəs öz yerini bilsə, bu narazılıqlar da olmaz.

Televiziya bəşəriyyətin elə bir möhtəşəm silahıdır ki, o silahla bir millət, xalq, ideologiya, dövlət, idarəçilik sistemi bu istiqamətdə öz işini yüksək səviyyədə qura bilər Bu mənada televiziyadan möhtəşəm, əzəmətli silah yoxdur. Hətta bu, dünyanın ən sarsıdıcı silahlarından daha təsirlidir. Müstəqillik dönəmində milli kimliyimizi dünyaya çatdırmaq üçün çox ciddi çalışmalıyıq. Xəyanət və səviyyəsizlik həmişə olub. Bizə qarşı ikili standartlarla yanaşan xalqlar gec-tez cəzalarını alacaqlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar