Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Roma Papası: “Avropa siyasətçilərinin ritorikası Hitlerin bəyanatlarından da”

Roma Papası Fransisk Avropa ölkələrini birləşməyə çağırıb və qeyd edib ki, bugünkü Avropa siyasətçilərinin ritorikası nasist lideri Hitlerin 1934-cü ildə verdiyi bəyanatlarından da pisdir

O, Köhnə qitədə yenidən baş qaldıran qatı milliyyətçilik meyilləri ilə bağlı xəbərdarlıq edib, bunun nümunəsi kimi İtaliyanın hazırkı Daxili İşlər nazirinin çıxışlarını misal gətirib. Bu siyasətçi “italiyalılar üstündür” şüarı altında hökumətdən dəstəyini geri çəkib və nəticədə ölkədə siyasi böhran yaranıb. Matteo Salvini, həmçinin digər ölkələrinin siyasətçilərini də Avropa İttifaqına qarşı “suverenlik” fəaliyyətinə çağırıb.

SBS telekanalının saytı xəbər verir ki, La Stampa qəzetinə müsahibə verən Roma Papası bu hərəkətləri təcridolunma siyasəti kimi dəyərləndirib. O deyib: “Mən Avropanın milliyyətçi siyasətçilərinin fəaliyyətinə baxanda Adolf Hitlerin 1930-cu illərdə çıxışlarını xatırladım. Onların arasındakı bənzərlik məni çox narahat etdi. “Biz üstünük, yenə də biz…biz…” sözləri qorxulu fikirlərdir.

Avropada gələn ilin mayında keçiriləcək seçkilər ərəfəsində italiyalı nazirin “suverenlik” alyansına Fransanın ultra-sağ hərəkatının lideri Marin Le Pen və Macarıstanın Baş Naziri Viktor Orbanın da dəstək verdiyi bildirilir. Ultra-sağ təmayüllü siyasi partiyaların daha da güclənməsi Papanı narahat edib. O, dövlətlərin suverenliyinin vacib olduğunu, eyni zamanda, Avropa İttifaqını qorumağın və inkişaf etdirməyin zəruriliyini qeyd edib. Əlavə edib ki, “suverenlik” hərəkatı Avropada ciddi fəsadlara səbəb ola bilər. (Azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar