Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Umayra Tağıyeva: "Avqustun 11-də ölkədə güclü külək əsəcək"

Avqustun 9-u günün birinci yarısınadək Bakıda və Abşeron yarımadasında yağış yağıb

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O qeyd edib ki, düşən yağıntının miqdarı Zabratda 6 mm (aylıq normanın 98 %-i), Bakıda 4 mm (aylıq normanın 66 %-i), Maştağada 4mm (aylıq normanın 52 %-i), Binədə 3 mm (aylıq normanın 49 %-i), Çilov adasında 2 mm, Sumqayıt, Pirallahı, Neft Daşlarında 1 mm olub. Digər rayonlarda, əsasən, zəif yağış qeydə alınıb.

U.Tağıyeva əlavə edib ki, Lerikdə 4 mm, İmişli, Mərəzədə 3 mm, Qazıməmməddə, Xaltanda 2 mm, Sabirabad, Cəfərxan, Yardımlı, Kişçay (Şəki), Sarıbaş, Şahdağ, Şabran, Oğuz, Zaqatala, Şəki, Altıağac, Xaçmaz, Qubada 1 mm olub: "Havanın temperaturu iqlim normasından 2-4 dərəcə aşağıdır. Sabah, avqustun 10-da hava mülayim isti keçəcək, yağmursuz hava şəraiti gözlənilir, zəif cənub-şərq küləyi əsəcək".

"Bakıda temperatur 35 dərəcəyədək yüksələcək. Avqustun 11-də isə yenidən güclü şimal-qərb küləyi gözlənilir. Küləyin sürətinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək çatacağı proqnozlaşdırılır. Gözlənilən güclü küləklə əlaqədar əhaliyə diqqətli olmağı tövsiyə edirik. Avqustun 11-də hava sərin keçəcək, temperatur 27 dərəcəyə yaxın olacaq" - deyə departament direktoru əlavə edib.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar