Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenskinin Ukraynası: İnqilab, yoxsa təmizləmə işləri?

Ukraynada Sovet dövründən bəri ilk dəfədir ki, tək partiyalı rejim hakimiyyətdədir, müxalifət isə rəhbərliyi intiqam almaqda günahlandırır...

Oliver KAROL
“The Independent” qəzeti, ABŞ, 8 avqust 2019-cu il

Ortada bir inqilab var: Seçki inqilabı, populist, sosialist və ya liberal inqilab, hətta daha həyəcanlı qismin yanaşmasına görə bolşevik inqilabı da deyə bilərik... Hansı adı qoysaq da, hal-hazırda hər kəs Kiyevdə bir inqilaba şahidlik edir.

Ukrayna daha əvvəl heç vaxt bir nəfərin hakimiyyəti altında olmayıb. Devriləndən əvvəl diktatura qurmağa çalışan, gözdən düşmüş prezident Viktor Yanukoviç belə bunu bacara bilməmişdi. Yanukoviçin 72 nəfər millət vəkili var idi. Xalqdan 73% səs alaraq seçilən Vladimir Zelenski isə 254 nəfərlə rekord sayda millət vəkilinə sahibdir.

Zelenski və “Xalqın Xidmətçisi” Partiyası edəcəkləri inqilabın “yaxşı” olacağına söz vermişdilər. Hər biri siyasətə yeni gələn “Xalqın Xidmətçi”ləri ölkəni qanunsuzluqdan xilas edəcəklərini bildirmişdilər. Eyni zamanda, Avropanın ən kasıb ikinci ölkəsi olan Ukraynada gəlirləri artıracaqlarına dair söz vermiş və daha dürüst bir siyasət aparacaqlarını iddia etmişdilər.

Partiyaya gələn tənqidlər isə bu qrupun təcrübəsizliyini və siyasi düşmənlərinə qarşı olan davranışlarında 1917-dən çox da fərqlənmədiklərini yönündədir.

“Xidmətçilər” partiyası öz zəfərini qeyd edərkən, Ukraynanın sabiq liderləri də çox fərqli həyat tərzlərinə uyğunlaşmaq məcburiyyətində qalıblar.

Məlumdur ki, əgər Zelenskinin komandası seçkilərdən əvvəl söz verdiyi kimi kommunizmdən təmizləmə qanunu genişləndirsə, bu zaman sabiq millət vəkillərinin hamısı dövlət dairələrindən uzaqlaşdırılacaq.

Zelenskidən əvvəlki prezident Petro Poroşenkonun müttəfiqi, köhnə boksçu və Kiyev Bələdiyyəsinin sədri Vitali Kliçko isə hələ də siyasi karyerası üçün mübarizə aparır. Görünür Kliçko Kiyev üzərindəki nəzarətini Zelenskinin adamlarından birinə uduzacaq.

Kliçko bu həftə mətbuat konfransında çıxış edərkən öz siyasi mövqeyi üçün lazım gələrsə məhkəmədə mübarizə aparacağını bildirib. Həmçinin o, Zelenskinin gözlənilməz, əzici bir zəfərdən sonra söz verdiyi seçki çağırışlarına əməl etmədiyini də qeyd edib. Lakin hadisələrin ən maraqlı tərəfi odur ki, Ukraynanın 5-ci prezidenti olan Poroşenko iqtidardan sui-istifadə etdiyi iddiası ilə bağlı açılan məhkəmələrdə ifadə verməyə məcbur qalıb. Ona qarşı gəmi inşası sahəsində vergi qaçırdığına və noyabrda Poroşenkonun ölkədə hərbi vəziyyət elan etməsinə səbəb olan, Rusiya ilə gedən dəniz toqquşmalarında vətənə xəyanət etdiyinə dair bir çox ittihamlar səsləndirilib.

Zelenskinin komandası ilə Poroşenko arasındakı gərginliyi də qeyd etmək lazımdır. İkisi arasında prezidentlik uğrunda sərt bir yarış olmuşdu. Sabiq prezidentin Zelenskini Kremlin və oliqarxiyanın əlaltısı kimi təsvir etməsi yeni adminstrasiyanı olduqca qəzəbləndirib.

Zelenskinin ofisi rəsmi olaraq sabiq prezidentin əleyhinə olan istintaqlarda iştirak etmir. Məhkəmələr üçün əsasən nüfuzlu vəkil və Yanukoviç dövründə prezidentin baş katibinin köməkçisi olmuş Andrey Portnov çalışır. Lakin buna baxmayaraq, şübhə yaradacaq dərəcədə qeyri-rəsmi əlaqələr də var: Portnov Zelenskinin şəxsi başçısı aqressiv Andrey Boqdana olan yaxınlığı ilə tanınır və bir çox insan Boqdanı Portnovun müəllimi hesab edir. Bir çox insan isə yeni rəhbərliyin xalqın məhkumluq tələbinə etiraz etməyəcəyini düşünür.

Ukraynanın ən məşhur siyasi radio verilişlərindən birində aparıcı olan Valeri Kalniş deyir: “Avropa siyasi bir rəqibin təqib olunmasına qarşı çıxacaq, lakin Zelenskinin buna yenə də davam edəcəyini düşünürəm. Zelenski 3 səbəbə görə təqib edilir: İlk olaraq Poroşenko hakimiyyətdə ikən birdən-birə varlandı, ikincisi dövlət müfəttişləri artıq dərin araşdırmalar aparmaqdan çəkinmirlər, üçüncüsü isə bu, şəxsi bir intiqamdır”.

Bu 3-cü səbəblə bağlı olan hər müzakirədə Portnovun adı hallanır. Vəkil Poroşenkonun 2014-cü ildəki inqilabdan sonra, lider olduğu illərdə Ukraynadan qovulmuş və ancaq Zelenskinin zəfəri ərəfəsində Kiyevə qayıda bilmişdi. İndi isə Ukrayna Dövlət İstintaq Bürosunu sabiq prezidentlə bağlı ittihamlarla doldurur.

Poroşenko isə vəkili sabiq prezident Yanukoviçin maraqları üçün çalışmaqda ittiham edir. Buna qarşılıq olaraq, Portnov da Poroşenko ilə düşmənçiliyini gizlətmir. Portnov da Kiyevdəki günorta yeməyində “The Independent” qəzetinə verdiyi açıqlamada: “Bu insanları yer üzündən silmək istəyirəm. Poroşenko ölkəmizi 5 il ərzində onlarla il geri salan bir günahkardır. Bununla bağlı sübutlarım da var və bunu isbat edəcəyəm”, deyib. Portnov bu sözləri qəzəblə deyib və qəzəbini çətinliklə cilovlayıb.

Portnov fikirlərini belə davam etdirib:

“Buna intiqam deyirsiniz? Bu da sizin fikrinizdir. İstəyirsinizsə, gözlərimdən intiqam yağdığını deyə bilərsiniz. Mən isə bunu ədaləti bərpa etmək və verilən sözü tutmaq kimi görürəm. Bu da sizin şərhinizdir”.

Mübarizəyə davam edən vəkil yerli idarəçiliklə heç bir ortaqlıq etmədiyini bildirib: “Mənə kömək etsəydilər, Poroşenko çoxdan həbs olunmuşdu”.

Zelenskinin yeni partiyasının yüksək rütbəli üzvü və qanunsuzluqla mübarizə üzrə mütəxəssis Qalina Yançenko da Poroşenkonun siyasi səbəblərə görə məhkəməyə verildiyi iddialarını rədd edib. “Poroşenkonu təqib etmək”, kimi bir əmr verilmədiyini bildirən Yançenko əlavə edib: “Yeni rəhbərliyin dünyanı gördüyü çərçivə bu deyil”. Lakin bu, o demək deyil ki, Poroşenko təqibə məruz qalmayacaq. Yançenko: “Ortada bir cinayət varsa, mütləq bunun hesabını verməlidir. Lakin bu, ədliyyənin işidir, siyasətçilər qarışmalı deyillər”, deyib. Amma Poroşenko rəhbərliyinin üzvləri bununla razı olmayıblar.

Ukraynanın sabiq baş nazir köməkçisi İvanna Klimpuş-Tsintsadze “The Independent” qəzetinə verdiyi açıqlamada bildirib ki, bu durum siyasi zülmə bənzəyir və bu, təkcə siyasi bir rəqibə qarşı deyil, həm də bütün siyasi qüvvələrə qarşı çevrilib. Kommunizmdən təmizləmənin millət vəkillərinə də şamil edilməsini “diktatura qurmaq” cəhdi hesab edən Klimpuş-Tsintsadze əlavə edir ki, bu, pis vəziyyətdə qalmış ölkələri üçün həyatlarının 5 ilini sərf etmiş insanlara qarşı rüsvayçı bir hərəkətdir.

Klimpuş-Tsintsadze: “Yeni qurulmuş gənc komanda Ukrayna siyasətinin köhnə tələlərinə düşür”, deyib. Seçkilərin müstəqil və rəqabətli olduğu doğru idi, lakin bu vəziyyət “bənzəri olmayan tək bir partiyanın idarəçiliyi” ilə nəticələndi.

Klimpuş-Tsintsadze fikrinə belə davam edib:

“Rəsmi yollardan uzaqlaşmaq, üsul və qanunları görməzdən gəlmək meyilləri var. Bu, təhlükəli bir yol və zamanı getdikcə azalan bir bomba kimidir”.

Digər şərhçilər isə ölkənin köhnə elitadan təmizlənməsi məsələsinin şişirdildiyini düşünürlər.

“Interfax Ukraina” xəbər agentliyinin rəhbəri və Ukraynanın ikinci prezidenti Leonid Kuçmanın sabiq mətbuat katibi olmuş Aleksandr Martinenko “The Independent”-ə bildirib ki, təmizləmə qanunu ilə bağlı verilən vədlərin vaxtı çoxdan keçib. Bunların seçki dönəmində həyəcanla ortaya atıldığını, Zelenski adminstrasiyasının da geri addım atmaq üçün yollar axtardığını iddia edən Martinenko düşünür ki, Poroşenkoya qarşı aparılan məhkəmə prosesi daha çox sabiq prezidentin əsəblərini korlamaq üçün edilmiş bir həmlə kimi görünür.

Portnovun məhkəmələrinin nə ilə nəticələnəcəyinə dair hüquqi fikirlər müxtəlifdir. Məhkəmə prokuroru Yevgeniya Zakrevskaya cəza vermək üçün konkret şəkildə heç bir dəlil olmadığını qeyd edib. Zakrevskaya iddia edir ki, Poroşenkoya qarşı olan məhkəmələr daha çox hiyləgər Portnovu tanıtmaq və onun haqqında məlumat vermək üçün aparılır. Lakin digər şərhçilər buna əmin deyillər.

Ukrayna Dövlət İstintaq Bürosunun qərarları Kiyevdəki cəza məhkəmələri tərəfindən verilən qərarlarla birləşdirilir. Kriminologiya mütəxəssisi olan Anna Maliar sabiq prezidentin qoyub getdiyi ədliyyə sisteminə güvənməli olacağını bildirib. O, “The Independent” qəzetinə verdiyi açıqlamada qeyd edib ki, çox təəssüf ki, bu, sabiq prezidentin “islahat keçirirmiş kimi davrandığı” ədliyyə sistemidir. Poroşenkonun da taleyini müəyyən edəcək bu məhkəmələr sabiq prezidentin dövründə şəxslərdən, hökumətdən və maliyyə dəstəyindən asılı hala gəlib.

Maliar Poroşenkonun “hədəflərə çatmaq üçün” məhkəmələrdən istifadə etdiyini və bu sayədə çox sayda güclü düşmənlərindən xilas olduğunu iddia edib: “Təkcə bu səbəb belə Poroşenkonun narahat olması üçün yetərlidir”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar