Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva-Bakı-Tehran üçbucağında Azərbaycanın açar rolu

Bakının yürüdəcəyi uğurlu balans siyasəti bölgədə çox şeyi dəyişə bilər

Stanislav Tarasov

regnum.ru, 08.09.2019

Avqustun 14-də Soçidə Rusiya, Azərbaycanİran prezidentləri Vladimir Putin, İlham ƏliyevHəsən Ruhaninin görüşü baş tutacaq. Onlar belə formatda artıq dördüncü dəfə sammit keçirirlər. İlk görüş 2016-nın yayında Bakıda, ikincisi 2017-nin payızında Tehranda olub. Üçüncü görüş 2018-in avqustunda “Xəzər beşliyi” sammiti çərçivəsində keçirilib.

Bu bildirir ki, Qərbin bir çox ekspertlərinin “mürəkkəb” hesab etdikləri “Moskva-Bakı-Tehran” üçbucağındakı münasibətlər sistemi dayanıqlı xarakter alır. Bu da aşkardır ki, tərəflər uzunmüddətli birgə qarşılıqlı fəaliyyətə tuşlanmağı müəyyən ediblər. Əlbəttə, söhbət birinci növbədə energetika, nəqliyyat, “Şimal-Cənub” dəhlizində logistik infrastrukturun inkişafı kimi sahələrdən gedir ki, bu da prinsipcə qeyri-adi coğrafi parametrli bölgədə yeni inteqrasiya sistemi formalaşdıra bilər. Xüsusən də “Rusiya-Fars körfəzi” nəqliyyat dəhlizinin meydana çıxması gerçək olur. Lakin üç ölkə arasında ticari-iqtisadi işbirliyini genişləndimək və inkişafı məsələləri üzdə durub, amma bu amil Qərbdə çoxlarınnı “əsəblərini qıdıqlayır”.

Problem başqa şeydədir. “Moskva-Bakı-Tehran” üçbucağında istər Moskva, istərsə də Tehran ABŞ və onun Qərb tərəfdaşları tərəfdən müxtəlif səbəblərdən və müxtəlif cür sanksiyalar rejiminə məruz qalıb. Bundan savayı, Rusiyaİran Suriya yönündə alyansdadır ki, bu da iki ölkəni obyektiv şəkildə yaxınlaşmağa itələyərək Avrasiya məkanında iki önəmli qurşağı göstərir: şimalda Moskvanı, cənubda Tehranı. Bakı aralıq və daha mürəkkəb durumda görünür, çünki ABŞ müəyyən şəraitdə onu antiiran sanksiyalarına qoşulmağa meylləndirməyə başlayar. Hər halda orada gizlətmirlər ki, amerikalılar “İran iqtisadiyyatını zəiflətmək” qəsdilə ona (Azərbaycana-tərc.) basqı göstərirlər.

Bu üzdən istisna etmək olmaz ki, Azərbaycan da pressinqə məruz qalacaq və gec, ya da tez müəyyən siyasi seçim etməli, ABŞ-ın İrana qarşı hərbi komponentlərdən mümkün istifadəsi halında isə başqa problemləri də həll etməli olacaq. Bax, buna görə güman etmirəm ki, Rusiya, İranAzərbaycan liderlərinin qarşıdakı Soçi görüşündə tərəflər “iqtisadiyyat ayrı, siyasət ayrı” ssenarisi üzrə işləməyə nail olar. Gözlənilən danışıqların tematikası hələlik bildirilməsə də, şübhə doğurmur ki, yeni nəqliyyat dəhlizlərini mənimsəmək, ümumi energetik qurşaq yaratmaq, “Şimal-Cənub” layihəsi üzərindən “İpək yolu”nun cənub dəhlizinə çıxmağı birləşdirəcək. Eyni zamanda aydındır ki, belə layihələri gerçəkləşdirmək üçün bölgədə sabit siyasi durum gərəkdir.

Bax, tərəflər buna görə bu haqda hökmən fikir mübadiləsi aparacaqlar – xüsusən də Vaşinqtonun Tehran üçün ifadə etdiyi təhdidlər işığında. Burada başlıcası Rusiya, İranAzərbaycan üçün ümumi maraqları, qəliz beynəlxalq və bölgəsəl durumda uzlaşdırılmış siyasət yürütmək imkanlarını üzə çıxarmaq olacaq. İş burasındadır ki, belə üçtərəfli görüşlər keçirmək təşəbbüsü Bakıya məxsusdur. Bu, İranın nüvə proqramı üzrə Vyana sazişi imzalandıqdan dərhal sonra İran ətrafındakı durum əlverişli formalaşmağa və onu sanksiyalar rejimindən çıxartmağa başlayanda meydana çıxıb. Tehran MoskvaBakı üçün ən əlverişli tərəfdaş kimi şəkillənib.

İndi “üçlüyün” geopolitik perspektivi, onun bölgəsəl ittifaq formalaşdırmağa sarı meyllənməyi, ya da ikirətəfli münasibətlərə dağılacağı hadisələrin necə gəlişəcəyi və Bakının bundan sonra təkcə Moskva və Tehran arasında deyil, həm də Qərblə uğurlu balans siyasəti aparmağa nail olub-olmayacağından asılıdır. Hələlik isə böyük ehtimal payı ilə iddia etmək olar ki, üç ölkənin lideri Soçi görüşündə maksimum üzrə oynamağa çalışacaq. Amma açar rol yenə də Azərbaycana, balansı, ya da Qərb və Rusiya ilə İran arasındakı qarşıdurmada tərəfsizlyi saxlamaq imkanlarına qalır. Üç dövlət liderlərinin Soçidəki təması bu baxımdan çox şeyi dəyişə bilər.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar