Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atambayevə rəsmən ittiham irəli sürüldü

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə rəsmən korrupsiya ittihamı irəli sürülüb

O, ötən gecə, Bişkek kənarındakı iqamətgahında təhlükəsizlik qüvvələri ilə qarşıdurmadan sonra saxlanıb.

Bişkekin “Bir may” rayon məhkəməsi avqustun 9-da bildirib ki, 62 yaşlı keçmiş prezidentə ittiham 2013-cü ildə kriminal avtoritet Əziz batukayevin qanunsuz olaraq azadlığa buraxılması ilə bağlıdır. O, bir deputatın və Daxili İşlər Nazirliyi rəsmisinin öldürülməsində təqsirli bilinmişdi.

Məhkəmə Atambayevin avqustun 26-dək Dövlət Milli Təhlükəsizlik Komitəsinin təcridxanasında saxlanması barədə qərar çıxarıb.

Avqustun 7-də təhlükəsizlik qüvvələrinin Atambayevi saxlamaq cəhdi alınmamışdı. O, Daxili İşlər Nazirliyinin dindirilmə ilə bağlı üç çağırışına getməyəndən sonra onun saxlanmasına qərar verilib.

Hakimiyyət daha öncə Atambaev-in 2011-2017-ci illərdə prezident postunda olarkən beş maddə üzrə ittiham olunduğunu deyirdi – buraya korrupsiya, hakimiyyətdən sui-istifadə, qanunsuz varlanma daxildir.

Atambayev və tərəfdarlarının müqaviməti, bir polis əməkdaşının öldürülməsi və 100-dən artıq adamın yaralanması keçmiş prezidentə əlavə ittihamların irəli sürülə biləcəyi deməkdir.

Qırğızıstan Baş Prokurorluğu artıq insidenti araşdırmağa başlayıb.

Atambayevin iqamətgahına basqın zamanı öldürülmüş 47 yaşlı polkovnik Usen Niyazbekov isə avqustun 9-da səhər dəfn olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar