Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 7-də saat 15 radələrində Xaçmaz rayonunun Səlim-oba kəndi ərazisində Xudat şəhər sakini Mətləb Mirzəyev idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
Pia.az