Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda əkinə yararlı torpaqların 40%-İ şoranlaşıb – Səbəb?

Ayrılan vəsaitlər hesabına son on ildə Azərbaycanın əkinə yararalı torpaqları artmalı idi. Amma statistik məlumatlara baxdıqda bunun əksini görürük...

Ekspert: “Torpaqların şoranlaşmasının başqa bir səbəi isə əkin sahələrinin yanında, xüsusən də əkinə yararlı sahlərdə balıqyetişdirmə nohurlarının yaradılmasıdır. Son zamanlar bu hal kütləviləşib”.

“Çox təəssüf ki, ümumiyyətlə, nə Kənd Təsərrüfatı Nazirliyi, nə Azərbaycan hökuməti, nə Nazirlər Kabineti, nə də Prezident Adminstrasiyasında torpaqların münbitliyinin bərpası istiqamətində görüləcək işlərə əhəmiyyət vermirlər. Onlar bu problemin nə qədər ciddi olduğunu anlaya bilmirlər, çünki bu strukturlarda kənd təsərrüfatı üzrə güclü mütəxəssislər yoxdur”.

Bu sözləri Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli ölkədə torpaqların sürətlə şoranlaşmasını PİA.AZ-a şərh edərkən qeyd edib.

Bildiyiniz kimi, son illərdə ölkəmizdə sürətlə torpaqların şoranlaşması prosesi gedir. Məlumdur ki, bu böyük ekocoğrafi problem kənd təsərrüfatına zərər verən başlıca amillərdən biridir. Müasir antropogen gərginlik şəraitində Azərbaycan Respublikasının torpaq ehtiyatları ciddi təsirlərə məruz qalır. İnsanın çoxillik intensiv təsərrüfat (sənaye, kənd təsərrüfatı, məişət və s.) fəaliyyəti nəticəsində Azərbaycanın torpaq ehtiyatları azalır, münbitliyi zəifləyir. Bu əslində qlobal problem olub, bütün dünya ölkələrində baş verir. Son 60 ildə Azərbaycanda da torpaq problemi olduqca kəskinləşib. Belə ki, yararlı münbit torpaqların ehtiyatları xeyli azalıb və bu üzdən də məhsuldarlıq aşağı düşüb.

Qeyd edək ki, dünyanın torpaq ehtiyatı sürətlə artmaqda olan əhalinin ərzağa olan tələbatını ödəmək qabiliyyətini tədricən itirir. Qlobal istiləşmə və səhralaşma proseslərinin getdikcə daha aydın təzahür etməsi bu problemin həllini xeyli çətinləşdirir.

Problemlə bağlı olaraq Dövlət Statistika Komitəsinin ötən ilki hesabatında qeyd edilib ki, bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2017-ci ildə cəmi 1665,7 milyon hektar təşkil edib. Belə çıxır ki, ölkə ərazisinin 3,240 milyon hektarı və ya 37,4 %-i istifadə olunmayan şoranlaşmış ərazilərdir. Etiraf etməliyik ki, söhbət Azərbaycanın əkinə yararlı torpaqlarının yarısının şoranlaşmasından gedir. O da məlumdur ki, müstəqillik illərində Meliorasiya və Su Təsərrüfatı ASC-yə torpaqların melorasiyası üçün milyardlarla manat büdcə vəsaiti ayrılıb. Bu vəsaitlər hesabına son on ildə Azərbaycanın əkinə yararalı torpaqları artmalı idi. Amma statistik məlumatlara baxdıqda bunun əksini görürük.

Torpaqların melorasiyası üçun ayrılan milyardlara rəğmən, Azərbaycanın əkinə yararlı torpaqlarının 40 faizinin itirilməsinə görə kim məsuliyyət daşıyır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Vahid Məhərrəmliyə müraciət edib.

Vahid Məhərrəmli: “Elə hesab edirlər ki, neftdən gələn gəlirin bir hissəsini gələcək nəsillər üçün saxlamaq yetərlidir. Lakin gələcək nəsilə münbit torpaqlar saxlamaq daha vacibdir”.

Ekspert mövzu ilə bağlı PİA.az-a açıqlamasında qeyd edib ki, Nazirlər Kabinetində bir mütəxəssis belə yoxdur ki, torpaqların münbitliyinin bərpası istiqamətində vacib tədbirlər planı həyata keçirsin:

“Çox təəssüf ki, ümumiyyətlə, nə Kənd Təsərrüfatı Nazirliyi, nə Azərbaycan hökuməti, nə Nazirlər Kabineti, nə də Prezident Adminstrasiyasında torpaqların münbitliyinin bərpası istiqamətində görüləcək işlərə əhəmiyyət vermirlər. Onlar bu problemin nə qədər ciddi olduğunu anlaya bilmirlər, çünki bu strukturlarda kənd təsərrüfatı üzrə güclü mütəxəssislər yoxdur. Dəfələrlə demişik ki, Kənd Təsərrüfatı Nazirliyində, Prezident Aparatında qeyri-peşəkar insanlar var. Yəni heç kənddə bir gün belə yaşamayan adamlar orada fəaliyyət göstərir. Hətta bununla bağlı anekdot da gəzir ki, mütəxəssis buğanı göstərib fermerdən soruşur ki, bu inəyi necə sağırsınız? Yəni artıq belə lətifələr, söz-söhbətlər gəzir.

Nazirlər Kabinetində bir mütəxəssis belə yoxdur ki, torpaqların münbitliyinin bərpası istiqamətində vacib tədbirlər planı həyata keçirsin. Onlar elə hesab edirlər ki, neftdən gələn gəlirin bir hissəsini gələcək nəsillər üçün saxlamaq yetərlidir. Lakin gələcək nəsilə münbit torpaqlar saxlamaq daha vacibdir. Əsas məsələ odur ki, ekoloji baxımdan, həm torpağın məhsuldarlığı yüksək olmalı, həm də əldə olunan məhsul keyfiyyətli olmalıdır. Torpaq münbit olanda ətraf mühit də təmiz olur. İndi həmin deqradasiyaya uğramış, şoranlaşmış torpaqlarda bir az külək olan kimi bütün ətraf çirklənir. Həmin torpaqları münbitləşdirib, orada bağ salmaq, əkinçiliklə məşğul olmaq, yaşıllaşdırma işləri görmək, bitki örtüyünün əmələ gəlməsini təmin etmək lazımdır. Bu, həm təbiətə gözəllik verər, həm də ətraf mühit çirklənməz, həm də ölkəmiz təmiz və orqanik qida ilə təmin olunur. Keyfiyyətli məhsul istehsalına ancaq bu cür şərait yaratmaq olar.

Vahid Məhərrəmli: “Əkinə yararlı torpaqlar sürətlə ildən ilə azalır. Buna görə Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyi, bu qurumun yerlərdəki idarələri məsuliyyət daşıyırlar”.

Onlar sadəcə olaraq mahiyyəti başa düşmürlər. Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumat yanlışdır. Ölkədə deqradasiyaya məruz qalmış və şoranlaşmış torpaqların sahəsi təxminən 1 milyon ha-ya yaxınlaşır. Bu isə məhsuldarlığı aşağı salır.

“Statistika Komitəsinin taxıl istehsalı 40%, kartof istehsalı isə 10% artıb”, kimi açıqlamalara inanmayın, çünki bütün bu statistikalar sovet dövründən qalmış, şişirdilmiş rəqəmlərdir. Əslində isə məhsuldarlıq hər il aşağı düşür. Bu da onunla əlaqəlidir ki, torpaqlar get-gedə keyfiyyətini itirir. Bu sahəyə milyonlar ayrılmış olsa da, bununla bağlı olaraq Meliorasiya və Su Təsərrüfatı ASC yaradılmış olsa belə, təəssüflər olsun ki, bu işlə məşğul olmurlar. Ölkədə artezian quyularını da fermerlərə, sahibkarlara qazdırılar, ayrılan pulları isə mənimsəyirlər. Ortada olan fakt isə ondan ibarətdir ki, o qədər vəsaitin ayrılmasına baxmayaraq əkinə yararlı torpaqlar sürətlə ildən ilə azalır. Buna görə isə Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyi, bu qurumun yerlərdəki idarələri məsuliyyət daşıyırlar.

Bu vəziyyətin yaranmasını isə mən qanunauyğunluq kimi dəyərləndirirəm. Əgər on illərdir kollektorlar, su kanalları doğru-dürüst təmizlənmirsə, yeni kollektorlar çəkilmirsə, bu elə belə də olmalıdır. Çəkilən kollekterlar və su kanallarının böyük əlsəriyyəti isə yuxarıda qeyd etdiyim kimi, sahibkarlar tərəfindən çəkilir. Buna görə isə onlardan əlavə pullar da tələb olunur.

Torpaqların şoranlaşmasının başqa bir səbəbi isə əkin sahələrinin yanında, xüsusən də əkinə yararlı sahlərdə balıqyetişdirmə nohurlarının yaradılmasıdır. Son zamanlar bu hal kütləviləşib. Bu nohurların su ilə təminatına görə əkinə yararlı sahələrdə yaradılır və bu nohurlardan süzülən qrunt suları əkinə yararalı sahələrin şorlaşmasına səbəb olur. Buna görə isə Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsuliyyət daşıyır. Yaxşı olardı ki, balıqyetişdirmə nohurları əkin sahələrindən uzaqda yaransın və onların su ilə təminatı üçün yeni infrastrukrurlar formalaşdırılsın”.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar