Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İlham Əliyevin xarici siyasəti MDB ölkələri üçün örnək olmalıdır"

Politoloq Zaur Məmmədov yazır...

Bugün MDB KİV lərinin əsas diqqəti Qırğızıstana yönəlib. Qırğızıstanın eks-prezidentinin adamları və xüsusi təyinatlılar arasında atışma davam etməkdədir.Atışma zamanı bir xüsusi təyinatlı və Atambayevin bir neçə tərəfdarı yaralanıb. Bir nəfərin öldüyü bildirilir. Atambayev korrupsiyada və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır, o bütün ittihamları rədd edir və təslim olmayacağını bildirib.

Bunları yazmaqda məqsədim, ağı qaradan seçə bilməyimizin vacibliyi ilə bağlıdır. Bəzən, həmyerlilərimizin də fərəh hissi ilə danışdığı Ukrayna, Gürcüstan, Qırğızıstandakı rəngli inqilablar və oralarda tuğyan edən və xalqı üçüruma yuvarılayan siyasi idarəetmə modellləri haqqında.

2000 ci illərin əvvəlindən başlayaraq ABŞ beyin mərkəzləri və müxtəlif fondlarının sahəsində Rusiya ilə geostrateji müharibə nəticəsində keçmiş Sovetlər Respublikalarından üçündə, Ukraynada, Gürcüstanda və Qırğızıstanda hakimiyyət çevrilişləri baş verdi. Sonrakı hadisələr göstərdi ki, bu hakimiyyət dəyişiklikləri əslində həmin ölkələrin xalqlarının yox, Vaşinqtonun maraqlarının reallaşdırılması üçün lazım idi.

Beləliklə demokratiya,azad söz şüarları, rüşvətxorluğa qarşı mübarizə, iqtisadi inkişaf devizləri adı altında Vaşinqton Moskva üzərində 1-0 qələbə çaldı. Nəticədə isə, bu üç ölkənin heç birində nə iqtisadi artım, nə sosial sahədə irəliləyiş oldu. Əvəzində siyasi sabitsizlik, anarxiya və cəmiyyət daxilində qütbləşmə daha da artdı.

Qırğızıstanda hər dəfə kürsüdən uzaqlaşan demokrat liderlərə! qarşı məhkəmə hökmləri və həbs qərarı, Ukraynada oliqarxik -banditizm idatəetməsinin daha da irəliləməsi, Gürcüstanda isə, gürcü xalqının bütün mental və milli dəyərlərinin əllərindən alınması buna bir misaldır. Yeri gəlmişkən, Ukraynanı faktiki xaosa çevirən Qərb və Rusiya, qarşıdakı iki il ərzində Gürcüstanı daha da betər duruma salacaqlar. (səbəbləri haqqında artıq bir neçə dəfə yazmışam).

Nəticə: bu gün Qırğızıstan Rusiya oxu ətrafında, Gürcüstan və Ukrayna isə, siyasi hakimiyyətdə kimin olmasından asılı olaraq Rus- Amerikan yumruğu altında yaşamaqdadırlar.

Dünyanın güc mərkəzləri arasında sərt və mürəkkəb mübarizənin getdiyi bir dövrdə Prezident İlham Əliyevin apardığı xarici siyasət əksər dövlətlər üçün örnək rolunu oynaya bilər. Son zamanlar yaşadığımız region ətrafında baş verən hadisələr bir daha göstərir ki, rəsmi Bakının həyata keçirdiyi müstəqil daxili və xarici siyasət kursu xalqımızın milli maraqlarının reallaşdırılması və dövlətçiliyimizin inkişafını təmin edən ən optimal variantdır.

Azərbaycan XəzərQafqaz regionunda və Yaxın Şərqdə mühüm oyunçudur. Bu, demək olar ki, MDB-də yeganə uğurlu çoxvektorlu xarici siyasət aparan dövlət nümunəsidir. Praktik olaraq, keçmiş SSRİ respublikalarından heç birinə eyni zamanda həm Rusiya ilə, həm Avropa İttifaqı və ABŞ ilə, həm də İsrail və İranla bərabər münasibət qurmaq müyəssər olmamışdır.

Eyni zamanda, Avrasiyanın əsas tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir və ən əsası isə, dünyanın əsas qloballaşma və regional inteqrasiya mərkəzləri (Avropa Birliyi, ABŞ, Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və b.) Azərbaycanın üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçısı, həm də əsas tranzit ölkə kimi qəbul edir. Azərbaycanın tranzit imkanları artdıqca, planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən əsas amillərdən biri hesab olunur.

Ölkəmizin uğurlarının nəticəsidir ki, son aylar ərzində Azərbaycana qarşı müxtəlif xarici vektorlar tərəfindən istər bilavasitə, istərsə də, kiçik qonşularımız vasitəsi ilə artan pressinqin şahidiyik. Bölgədə və qonşu regionlarda baş verən prosesləri nəzərə alaraq biz bir xalq kimi ayıq olmalıyıq. Həmin güclər bilməlidirlər ki, Azərbaycanda xalq — Prezident arasında olan sıx birlik və vəhdət bu kimi mərkəzlərin arzularını puç edir və edəcəkdir də.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar