Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyaya yön verən yaxta görüşü - Nat Rotşild Deripaska ilə nələri müzakirə edib?

Hələlik üfüqdə sülh görünməyən bir müharibənin ortasındayıq. Bu müharibə Ankarada olduğu kimi, Vaşinqtonda və Londonda da şiddətli şəkildə davam edir...

Ergün DİLER
“Takvim” qəzeti, Türkiyə, 7 avqust 2019-cu il

İki böyük müharibədən sonra ABŞ səhnədədir: İngiltərənin güclü ailələr vasitəsilə qurduğu sistemi dolların gücü ilə dəyişdirib. Müharibədə qalib gəldiyi Almaniya və Yaponiyanın da əlindən tutub qaldırıb. Onlara model verərək istehsal üçün şərait yaradıb. İstehsal edilənləri də alıb hər iki ölkənin iqtisadiyyatını idarə edir.

Sonra isə səhnəyə Çini çıxarıb. Öz hüquqlarını müdafiə edən çinli kommunist işçilərin çörəyini qana bulayıb. Çünki ən ucuz qiymətə işçi çalışdıran Çin, eyni zamanda, digər ölkələrdəki işçilərin qazancına mane olur.

Çin daha da böyüyür. Lakin ABŞ-a satış etmək və pulunun böyük hissəsini orada saxlamaq məcburiyyətində idi. ABŞ olmasa hara satacaqdı? Yəni, ABŞ bütün sistemi bu şəkildə qurub. İstehsal etdirir, məhsulu alır, özü üçün rifah yaradır, hətta satanın da pulunun böyük bir qismindən istifadə edir. Bu pulla isə istədiyi ölkəyə qarşı əməliyyat keçirir və dünyanın nəzarətini əlində saxlayır. Tam bu nöqtədə artıq silah lobbisi ilə faiz lobbisi eyni mövqedə idi. Gözdən qaçan ən böyük amil də budur.

ABŞ qurduğu sistemin davamının gəlməsi üçün israr edir. Buna görə də, sistem Orta Şərqdən yenilənməlidir. Onsuz da ABŞ-ın yeni səfiri bu sahədə mütəxəssisdir. ABŞ-ın planlarına görə hər kəs “format” olunmalıdır.

Bu məsələdə Türkiyənin də önəmli bir rolu var. Lakin bizdə iqtidar həmişə milli maraqları düşünür. Milli maraq deyilən şey isə bir neçə dollarlıq üstünlüklərdir. Halbuki bütün sistem mərkəzində bizim olduğumuz bir bölgədə qurulur və biz bunu görə bilmirdik. Amma sonra başa düşdük.

Bölgədə bizimlə yanaşı olan ikinci oyunçu İrandır. İranla olan gərginlik və ya müharibə dünya neft ticarətini dayandırmaq üçün kifayət edər, hətta böyük zərbə vura bilərdi. ABŞ-dan başqa hər kəsə zərər dəyərdi. ABŞ Orta Şərqdən neft almadan yaşaya bilər. Çünki onun dərdi neft almaq deyil. Onun dərdi başqalarının nə qədər neft alacağına qərar verməkdir. Bu nöqtədə isə səhnəyə Çin və Rotşild ailəsi çıxır.

Hələlik üfüqdə sülh görünməyən bir müharibənin ortasındayıq. Bu müharibə Ankarada olduğu kimi, Vaşinqtonda və Londonda da şiddətli şəkildə davam edir.

Kraliça Elizabet ilə Pentaqon eyni cizgidədir. Kraliçaya qarşı olan sərmayə ilə Trampa dəstək olan quruluş da eyni yolu gedir. Biz isə burada çox böyük önəm daşıyırıq. Dəfələrlə dediyim kimi, biz olmadan heç kim bu oyunda qalib ola bilməz.

Türkiyənin milli marağı bir neçə dollar qazanmaq deyil. Türkiyənin əsas məqsədi böyük oyunçu kimi tarixdəki yerini bərpa etməkdir. Bunun üçün hər zaman şansımız olub.

İndi isə bir az iclasdan danışaq. Yunanıstanın Fessaliya bölgəsində yerləşən Skatos adası Rotşild ailəsinin mülküdür. Ona görə də, bu ada çox tanınmır. Bir müddət əvvəl ailənin önəmli bir üzvü olan Nat Rotşild yaxtası “Planet Nine” ilə dənizə açılıb. Nat Rotşildin yaxtada qəbul etdiyi şəxslər də çox özəl nümayəndələr vardı. Qonaqları arasında Feliks Sater - Trampın ortağı və kürəkəni Kaşnerin yaxın dostu - olub. O, hətta Tramp ailəsini Putinlə tanış edən çox önəmli bir şəxsdir.

Gəmidə başqa vacib şəxslər də olub. Məsələn, Oleq Deripaska və Lyubov Çernuxin də orada idi. Məlum olub ki, gəmidə bəzi önəmli məsələlər müzakirə olunub.

Bunlardan ən birincisi isə Kipr məsələsidir. Xüsusilə də son dönəmdə Cənubi Kiprdə rus oliqarxlara atılan addımlar barədə danışılıb. Qeyd etməliyik ki, gözlənilməz xəbərlər də gəlib. Trampın sabiq müşaviri Stiv Bennon “Bitcoin”in gələcəkdə çox önəmli olacağını deyib və bu ifadə bir əməliyyat kimi başa düşülüb. Çünki Bennon Bitcoin-in əleyhinə idi. Ona görə də, indi belə çıxış etməsi gözlənilməzdir.

İddialara görə, Nat Rotşild ilə yaxın dostu Oleq Deripaska arasında soyuqluq olub. Lakin bunun yanlış olduğu artıq başa düşülüb. Çünki gəmidəki iclası təşkil edən şəxs Oleq Deripaska idi.

Feliks Sater illərdir rus oliqarxlarının gizli evi olan Cənubi Kiprdəki qərarların mərkəzində ABŞ-ın olduğunu düşünür. Həmçinin, Sater Nat Rotşildə bildirib ki, bir çox rus oliqarxlarının pullarını əldə etmək üçün planlar qurulur. Rus oliqarxlarının pullarına ev sahibliyi edən bu ada artıq bir hücum təhdidi altındadır. Əlbəttə ki, Rotşild ailəsi qlobal maliyyəni idarə etdiyi üçün bu hücumlara qarşı müdafiəsiz deyil. Ailə rus oliqarxlara əmr verib ki, pullarını Cənubi Kiprdən geri çəkməsinlər.

Yeri gəlmişkən, Nat Rotşildin yaxın dostlarından biri olan və uzun müddətdir İngiltərəyə getməyən Roman Abramoviç də gəmidə idi. Gəmidəki xüsusi qonaqlardan biri də Roman Abramoviçin İngiltərədəki şirkətlərini Nat Rotşildin ingilis dostuna verilməsi məsələsi idi. Bu məsələyə də xeyli vaxt ayrılıb.

Rotşildin dostu olan İqor Seçinin yeni dönəmdə daha təsirli olacağı düşünülür. Putinlə olan münasibəti ilə tanınan Feliks Saterin önə çıxarmaq istədiyi İqor Seçin də bu məsələdə çox istəklidir. Rosneftin CEO-su olan İqor Seçinin oğlu İvan Seçinin Amerika embarqosu ilə üz-üzə qalacağı da müzakirə olunub. Lakin Feliks Sater bu məsələdə İqo Seçinə qarantiya verib. Bu gün ABŞ-a girmək ehtimalı uzaq olsa belə, Sater Vaşinqtonda olduqca güclüdür. Saterin ABŞ-dakı gücü heç də az deyil. Hətta, “Netflix”-də haqqında serial çəkiləcək qədər, “Amazon”-da onunla bağlı sənədli film hazırlanacaq qədər önəmli şəxsdir.

Bütün bunları qeyd etməyimin səbəbi Orta Şərqdir. ABŞ Çini və Rusiyanı nəzarətdə saxlayır, Türkiyəni də istədiyi vəziyyətə gətirir. YPG də tərəflərdən biridir. YPG-nın Orta Şərq planları olmadığı üçün sadəcə olaraq ABŞ-ın İranı oda atmaq məqsədilə böyütdüyü bir quruluşdur. Rotşild ailəsi hal-hazırda ABŞ-ın nəzarət mexanizminə qarşı qoyan bir qüvvədir. Bir razılıq əldə edə bilərlərmi? İndi çətindir, lakin bu, o demək deyil ki, olmayacaq.

Rotşildin ən güclü olduğu ölkələr İngiltərə, Fransa və Rusiyadır. Burada da çox təsirlidir. ABŞ hər il xaricdən aldığı, qəsb etdiyi 800 milyard dollarla sistemini idarə edir. Gərginliyin səbəbi də məhz budur. ABŞ daxilində Rotşild ailəsinə qarşı əməliyyat keçirilməməsi onu göstərir ki, razılıq əldə oluna bilər. Razılaşma mövzusu isə Çindir. Görəsən, necə olacaq? ABŞ-ın axırına çıxacaq, yoxsa sözünə qulaq asacaq? Bu məsələdə istənilən halda Türkiyə çox önəmlidir. Milli maraqları təmin etmək isə buna uyğun həmlələr etməkdir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar