Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şərqdə neft və qan: Ölümə xərclənən milyonlar

OPEC-in “Ərəb İqtisadi Hesabatı”nın verdiyi məlumata görə, dağıntılara görə Küveytin 160 milyarda, İraqın isə 190 milyard dollara ehtiyacı var

“The Independent” qəzeti, Türkiyə, 5 avqust 2019-cu il

1990-cı illərdə ÜDM-də ortaya çıxan geriləmə ilə birlikdə davam edən müharibə ərəb iqtisadiyyatına mənfi təsir göstərib.

İraqın 1990-cı ilin avqust ayında Küveytin işğal edilməsi ilə başlayan və 1991-ci ilin yanvar ayının ortalarında Küveytin xilas olunması ilə başa çatan Körfəz müharibəsindən 30 il keçmiş olsa da, çoxu iraqlı olan 100 min insanın ölümünə səbəb olan bu “yersiz” müharibənin xərcləri barədə hələ ki, heç kim konkret bir söz deyə bilmir.

Hər nə qədər insan həyatı pulla ölçülməyəcək qədər dəyərli olsa da, maliyyə dünyasında bu müharibənin itkiləri dollarla ölçülür. Bu təxminlər əsas olaraq qısa bir müddət neft qiymətlərində sürətli artım həyata keçirən, amma bir müddət sonra neftin bir barrelinin 22 dollardan 17,80 dollara düşməsinə səbəb olan müharibənin yol açdığı iqtisadi itkilərlə bağlıdır.

I Körfəz Müharibəsinin iqtisadi itkiləri İraq, Küveyt, Körfəz və bölgə ölkələri ilə məhdudlaşmayıb. Əksinə, mənfi əks-sədası bütün dünyaya yayılıb. Küveytin 1991-in yaz aylarında tamamilə xilas olunmasına qədər qlobal bazarların qarşısı ala bilməyiblər. Lakin biz yenə də Küveyt, İraq, Körfəz ölkələri və Orta Şərq bölgəsinə yayılan bu müharibənin böhran dönəmində yaratdığı xərcləri dəyərləndirməyə çalışacağıq. Çünki bölgədə müharibə bitdikdən sonra 2003-cü ildə baş verən və xərci trilyonları aşan II Körfəz Müharibəsinə qədərki 10 ildən artıq bir müddətdə dağıntının təsirləri davam edib.

Milyardlar və trilyonlar

O dönəmdə Körfəz Müharibəsinin xərclərini dəqiqliklə təxmin edən, rəsmi və etibarlı bir ərəb qaynağına görə, xərclər 620 milyard dollara (o dönəmin məzənnəsinə görə) çatıb. Bir çox beynəlxalq qurum tərəfindən qəbul edilən və məzənnədə illik orta hesabla 2,29% nisbətindəki artımı da nəzərə alsaq, 2018-ci ildəki məzənnə ilə bu miqdar təxminən 1 trilyon 140 milyarda çatır. Bu təxminlər Ərəb Valyuta Fonduna, Ərəb Birliyinə və OPEC tərəfindən 1991-ci ildə yayımlanan “Ərəb İqtisadi Hesabatı”na əsaslanır.

Hesabatda təxmin edilir ki, neft quyularına, boru xətlərinə, kommunikasiya vasitələrinə, yollara, binalara və fabriklərə müharibəyə görə dəyən zərər Küveyt üçün 160 milyard dollar, İraq üçün bu məbləğ 190 milyard dollar təşkil edir.

Yenə eyni hesabatda qeyd edilir ki, Körfəz ölkələri Küveytin xilas edilməsi üçün 84 milyard dollar xərcləyib və bunların böyük bir qismini Səudiyyə Ərəbistanı öz üzərinə götürüb. Həmçinin, hesabata görə, Səudiyyə Ərəbistanı və az olsa da, digər Körfəz ölkələri, uçuş zolağları və qüvvələr üçün düşərgələr inşa etməklə yanaşı, həmçinin 1990-cı ilin avqust ayından 1991-ci ilin yanvarına qədər Küveyti xilas etməklə bağlı əməliyyatı aparan və 600 minə çatan beynəlxalq koalisiya əsgərlərini 51 milyard dollarla dəstəkləyib.

Bütün bu rəqəmlər 30 il əvvəlki məzənnəyə əsasən hesablanıb. Bununla yanaşı, müxtəlif səbəblərə görə hesablanmayan birbaşa xərclər də var, amma biz bu yazıda təkcə etibarlı mənbələrin verdiyi rəqəmləri əsas götürəcəyik.

Əlavə təxminlər

Ərəb Valyuta Fondunun hesabatına görə, müharibə ucbatından ərəb ölkələrinin (22 ölkə) ÜMD-si 1990-cı ildə 1,2%, 1991-ci ildə isə 7% geriləyib. Lakin 1989-1991-ci illərdə ərəb ölkələrinin ÜMD-si müxtəliflik göstərdiyi üçün bunun valyuta növündən ümumi xərcini təxmin etmək çətindir. Lakin OPEC-in 1991-ci ildə yayımladığı hesabata baxdıqda görürük ki, istehsalın geriləməsi və barrel qiymətlərinin düşməsi ucbatından üzv olan ölkələrin (çoxu bölgə ölkələri) itkiləri təxminən 10 milyard dollardır.

OPEC-in hesabatı dönəmin məzənnəsini əsas götürərək üzvlərin itkilərini ümumi olaraq 12 milyard dollar (yəni 2018-ci ilə görə 22 milyard dollar) olaraq təxmin edir. Bu təxminlər İraq və Küveytin itkilərini nəzərə almır, çünki sözügedən OPEC hesabatı məhz bu 2 ölkəni əhatə etməyib.

Müharibənin İraq və Küveyt iqtisadiyyatları üzərindəki birbaşa xərclərini başa düşmək üçün Küveytin müharibədən əvvəl 2,5 milyon barrelə çatan gündəlik neft istehsalının 400 minə qədər gerilədiyini xatırlamaq lazımdır. Dolayısı ilə dönəmin qiymətlərinə görə, Küveytin 1990-1991-ci illərdə illik itkisi 6 milyard dollara (bu günə görə 11 milyard dollara) çatır.

Müharibədən əvvəl gündəlik neft istehsalı 3 milyon barrelə çatan İraqın isə istehsalı 300 min barrel geriləyib. Dönəmin qiymətlərinə görə, İraqın neft gəlirlərindəki itkisi 15 milyard dollara (bu günlə müqayisədə 28 milyard dollar) çatıb.

Daha geniş təsirlər

BVF-nin 1991-ci ilin sonlarında yayımlanan daxili hesabatına baxdıqda görünür ki, Körfəz Müharibəsinin daha geniş və bütün olaraq qlobal iqtisadiyyata çevrilməsi bəzi mənfi təsirlərə yol açıb. Məsələn, müharibəyə görə Dünya İnkişaf Statistikaları Göstəricilərinin 3%-dən 2%-ə qədər gerilədiyini görmək olur.

BVF-nin hesabatı, təbii ki, Orta Şərq, Şimali Afrika bölgələri və müharibənin fəsadlarından təsirlənən Körfəz bölgəsini də nəzərə alır. Məsələ ilə bağlı hesabatda qeyd olunur: “İraqın 2 avqust 1990-cı ildə Küveyti işğal etməsi ilə başlayan böhran Orta Şərq iqtisadiyyatlarına ağır zərbə vurub. Müharibə İraqda və Küveytdə böyük dağıntılara səbəb olub. Böhran ərzində hər iki ölkədə də geniş ərazilərin iqtisadi fəaliyyətləri tamamilə dayanıb. Türkiyə, Misir, İordaniya kimi ölkələr də xarici işçilərin təhvillərinin və ixrac gəlirlərinin dayanması səbəbilə bir çox çətinliklərə məruz qalıblar.”

Hesabat göstərir ki, Orta Şərq ölkələrində iqtisadi istehsal 1,5 nisbətində geriləyib və ən böyük geriləmə İordaniya, İraq və Küveytdə ortaya çıxıb.

Dolaylı təxminlər

1990-nın avqust ayından 1991-in mart ayına qədər 6 ay müddətində davam edən müharibə xərcləri ilə bağlı təxminlərdən əlavə, həm də yüz milyonlara çatan (dönəmin məzənnəsinə görə), yəni bu günə görə 1 trilyon dollardan çox olan xərcləri də qeyd etməliyik.

O dönəmdə yayımlanan BVF hesabatına görə: “İraq və Küveytdən sonra müharibədən ən çox əziyyət çəkən ölkələr içində İordaniya var. İordaniya təkcə Küveyt və İraqdan qayıdan yüz minlərlə iordaniyalı işçinin təhvil aktlarından məhrum qalmayıb, eyni zamanda, 2 ölkə arasında iqtisadi və ticarət münasibətlərinin dayanmasına görə böyük itkilər verib.”

Ola bilər ki, İordaniya iqtisadiyyatı müharibəyə qarşı müxalif mövqedə olduğu üçün və Küveytin xilas edilməsi ilə bağlı əməliyyat aparan beynəlxalq koalisiyaya qoşulmadığı üçün çoxlu itkilər verib. İordaniya bu mənfi iqtisadi təsirlərə məruz qalan yeganə ölkə deyildi, amma müharibədən ən çox əziyyət çəkən ölkələrdən biri idi.

Suriya və Misir kimi ölkələr isə beynəlxalq koalisiyaya qoşulub və Körfəz ölkələrindən yardım almış olsalar belə, bu 2 ölkədə çalışan xarici işlərin öz ölkələrinə geri qayıtması və onların xaricdən aldıqları milyon dollarlıq təhvil aktlarının kəsilməsi Misir və Suriyaya ağır şəkildə təsir etmişdi. Eyni şəkildə Sudan, Mərakeş, Əlcəzair və Tunis kimi ölkələr də bu səbəblərdən əziyyət çəkmişdi.

Bundan başqa, müharibədən zərər çəkən və ya koalisiyaya qoşulan bölgə ölkələrinə Körfəz ölkələrinin təqdim etdiyi və böyük bir hissəsini Səudiyyə Ərəbistanının öz üzərinə götürdüyü dolaylı dəstək də itkiləri əhatə edir.

Bunlardan Misirin ABŞ-a olan borcundan 6,6 milyard dollar, Körfəz ölkələrinə olan borcundan isə 6,3 milyard dolların silinməsi kimi xərcləri misal çəkə bilərik. Yəni ki, o dönəmdə Misirin borcundan silinən miqdar 12,9 milyard dollara (bu günki məzənnəyə görə, 23,78 milyard) çatmışdı.

“The Independent Arabia” qəzetindən Ahmed Mustafa qeyd edir ki, bütün bunlar - Küveytin neft sahillərində çıxan yanğınların söndürülmə xərcləri, Küveytin yenidən bərpa edilməsi üçün lazım olan büdcəni və 2003-cü ildə işğal edilməsinə qədərki 10 ildən artıq bir müddətdə davam edən embarqoya görə İraqın məruz qaldığı dağıntları da əhatə edir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar