Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tolikin YAP-da nə işi var, bəlkə onun başı xarab olub…” - Deputat

BU fikirləri deputat Tahir Rzayev bildirib

"Əqidəsini dəyişmiş adamların Yeni Azərbaycan Partiyasına üzv olması qadağan edilməlidir".
Pia.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı Tahir Rzayev bildirib.

Deputat deyib ki, son illər Azərbaycan televiziya kanallarının efirlərində və internet mediasında cinsi azlıqların nümayəndələrini də görmək olur:

"Bu düzgün tendensiya deyil. Belə şəxslərə böyük efirlər də verilir, onlar veriliş aparırlar. Bu şəxsləri cəmiyyətə buraxmaq olmaz. Eyni cinsdən olan adamlar guya demokratiya adı altında Azərbaycana lazım olmayan təbliğat aparırlar. Əgər bu cür adamlar Azərbaycanın efir məkanlarına da ayaq aça biliblərsə, deməli efir məkanını idarə edən şəxslər yerində deyillər. Onlar bu cür şəxslərə imkan verməməlidir.

Bizim milli mentalitetimiz var. Həmin hallar isə milli mentalitetimizə ziddir. Bu cür hallarla bağlı efir məkanlarına, sosial şəbəkələrə nəzarəti gücləndirmək lazımdır. Axı Tolikin YAP-da nə işi var? Bəlkə Tolikin başı xarab olub, onun ətrafına baxılmalıdır. Şəxsən onunla eyni partiyada təmsil olunmaq mənə pis gəlir. Sabah Toliklə partiyanın təşkil etdiyi hər hansı tədbirdə üz-üzə gəlsəm, əlbəttə ki, bundan pis olaram.

Bu təkcə partiyanın adına xələl gətirmir, həmin adamların öz adlarına da xələl gətirə bilər. Vaxtilə Kommunist Partiyasında da vəsiqə verilirdi, amma sonra partiyaya dönük çıxırdılar. Sonradan bəzi adamlar da YAP-dan millət vəkili seçilmişdilər, sonradan Heydər Əliyevə qarşı çıxaraq Rəsul Quliyevin tərəfinə keçdilər.

Bilirsiniz, cəmiyyətdə hörməti, nüfuzu olmayan adamları partiyaya gətirmək olmaz. Kimsə üzv olmaq istəyibsə, onun bəlkə başı xarab olub, onu yoxlamaq lazımdır! Axı hər bir adam Vətənə, xalqa, dövlətə səmimi şəkildə bağlı deyil. Sabah onlar hökumətdə vəzifə də götürə bilər. Bir neçə il əvvəl yüksək vəzifədə olmuş məmurlarımız var idi, gördünüz vəzifədə hansı hoqqalardan çıxdılar?! Bu adamların hamısı Yeni Azərbaycan Partiyasını təmsil edirlər. Ona görə də insanların öz vicdanı, mənliyi olmalıdır. İnsanlar Vətənə düzgün xidmət etməyi dərk etməlidir".

T.Rzayev qeyd edib ki, kimliyindən asılı olmayaraq, əxlaq normalarını qorumaq lazımdır:

"Bəzi insanların efirlərə o şəkildə çıxmasının və danışmasının qəti əleyhinəyəm. Çünki onlara bizim övladlarımız, cavanlarımız baxırlar. Onların hərəkətləri cəmiyyətimizə də ziddir. Ümumiyyətlə, bu cür adamları efirlərə buraxmaq olmaz. Onlar cəmiyyətə fayda verə bilməzlər.

Düşünürəm ki, bütün bunların kökü Avropadan qaynaqlanır. Bu demokratiya deyil, əxlaqsızlıqdır. Nədənsə biz Avropanın yaxşı cəhətlərini götürmək əvəzinə bu cür pis hallarını mənimsəyirik. İnsanlar kişi və qadın cinsində yaranıblar. Kişi kişi ilə, qadın isə qadınla ailə qura bilməz. Onlar bir-biri ilə yalnız dostluq edə bilərlər.

2003-cü ildə Avropa Şurasından bir deputat Azərbaycana səfər etmişdi. O, Milli Məclisdə də görüşlər keçirmişdi. Onun rəhmətlik Zahid Qaralovla söhbəti olmuşdu. Bildirmişdi ki, biz Azərbaycanda eynicinslilərin bir-biri ilə ailə qurmasına icazə verən qanunun qəbul edilməsini istəyirik və sair. Bunu eşidən kimi mərhum Zahid Qaralov ona sərt şəkildə cavab vermişdi".

Pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Ən çox oxunanalar