Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət satınalmalarının rəsmi veb saytında dəyişik oldu - Şəffaflıq artırıldımı?..

Hansısa səbəblərdən “Keçirilmiş Müsabiqələr” bölməsində olan bəzi tenderlərə “Bağlanmış Müqavilələr” bölməsində rast gəlmək olmur...

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüqquqlarının Müdafiəsi Dövlət Xidməti PİA.az saytının “Böyük Tender Talanı” araşdırmasından sonra Dövlət satınalmalarının rəsmi veb saytı olan https:etender.gov.az resursunda dəyişikliklər edib.

PİA.az olaraq “Böyük Tender” talanı adlı silsilə araşdırmalarımızdan sonra Antiinhisar Siyasəti və İstehlakçıların Hüqquqlarının Müdafiəsi Dövlət Xidməti problemləri həll etmək yolunda addımlar atıb. Belə ki, bir neçə gün öncəyədək tender.gov.az saytında Media kateqoriyası altında “Keçirilmiş Müsabiqələr” adlı informativ bölmə var idisə, artıq bu bölmə əsas menyudan çıxarılıb. Keçirilmiş tenderlərin tarixləri də qeyd olunaraq həmin məlumatlar “Müsabiqə” bölməsinə yerləşdirilib.

Zahid İsayevin idarəsində olan qurum bu addımını şəffaflaşma yolunda addım saymaq olar və Dövlət satınalmaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNUN 5-ci maddəsinin tələblərini pozmadan, qanunsuzluğa yol vermədən edilən dəyişikliklər tərəfimizdən müsbət qəbul edilir.

Qeyd edək ki, hansısa səbəblərdən “Keçirilmiş Müsabiqələr” bölməsində olan bəzi tenderlərə “Bağlanmış Müqavilələr” bölməsində rast gəlmək olmur. Bu problemləri ört-basdır etmək əvəzinə Antiinhisar Siyasəti və İstehlakçıların Hüqquqlarının Müdafiəsi Dövlət Xidməti təkmilləşməyə getsə, Qanunvericiliyə uyğun şəffaflaşsa, ictmaiyyətə daha yaxın olsa, bu qurumun adına ancaq yaxşı sözlər demək olardı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar