Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lahıcda qəzalı vəziyyətdə olan “Hacı Paşa evi” ilə bağlı aidiyyəti quruma müraciət edilib

Lahıcda qəzalı vəziyyətdə olan “Hacı Paşa evi”nin texniki vəziyyətinin müayinəsi üçün aidiyyəti quruma müraciət edilib

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, Lahıc qəsəbəsində, Girdiman çayının sahilindəki Əli Bayramov 11 ünvanında yerləşən 3 mərtəbəli 200 ildən çox yaşı olan “Hacı Paşa evi” adı ilə tanınan yaşayış evinin hazırda qəzalı vəziyyətdə olması ilə bağlı “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rəhbərliyi tərəfindən Dövlət Turizm Agentliyinə rəsmi məlumat verilib.

Aidiyyəti üzrə agentlik binanın vəziyyətinin foto təsviri ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə sözügedən binanın texniki vəziyyətinin müayinəsi üçün müraciət ünvanlayıb.

Qeyd edək ki, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.

pia.az


Etiket: Lahıc


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar