Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda spirtli içki istehsal edən zavod yanıb - Yenilənib

Rayonda spirtli içki istehsal edən müəssisədə yanğın baş verib

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Sahibkar Vaqif Məmmədova məxsus "Emil" firmasının köhnə konyak zavodunun yerində fəaliyyət göstərən spirtli içki istehsalı müəssisəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ümumi sahəsi 465 kvadratmetr olan zavodun məhsulsaxlama anbarının 300 kvadratmetrlik tavanı və spirt istehsalı sexinin 50 kvadratmetrlik çardağı yanıb.

Müəssisənin tavanı tez alışan materialdan olduğu üçün alov qısa müddətdə zavodun hər yerini əhatə edib. Hadisə zamanı zavodun 350 kvadratmetrlik hissəsi və həyətdəki bir hektar kol-kos yanıb.

Yanğın Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

****

22:45

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Göyçay rayonunun Ləkiçılpaq kəndində, konyak zavodunun ərazisində ümumi sahəsi 465 m² olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 350 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar