Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan gələn şəxsin daxili orqanında narkotik vasitə aşkarlandı

Dövlət Gömrük Komitəsi daha bir cinayətin qarşısını alıb

İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşları Şahverdiyev İlham Cəlal oğlu və Qafarov Şahin Şaban oğlunun hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan onlar Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunun sərnişin idxal xəttində saxlanılaraq əvvəl sorğu-sual edilib, daha sonra isə üzərilərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, saxlanılan şəxslərin üzərilərində qanunvericiliklə qadağan olunmuş hər hansı predmet aşkar edilməsə də onların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Astara Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilən rentgenoloji müayinə zamanı saxlanılan şəxslərdən birinin- Şahverdiyev İlham Cəlal oğlunun daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofona bükülmüş 2 ədəd bağlama aşkar edilib. Baxış zamanı bağlamalarda açıq qəhvəyi rəngli, qablaşdırma ilə birlikdə ümumi çəkisi təqribən 94 qram narkotik vasitə - heroin olduğu müəyyən edilib.

İlkin araşdırma zamanı Şahverdiyev İlham Cəlal oğlu daxili orqanında aşkar edilən narkotik vasitənin onunla birgə İran İslam Respublikasından gələn Lənkəran şəhər sakini Qafarov Şahin Şaban oğluna məxsus olduğunu və həmin maddəni keçirməsi müqabilində Şahin Qafarovun ona 5 qram narkotik vasitə - heroin verməyi vəd etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Pia.az


Etiket: İran narkotik DGK

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar