Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə-ABŞ münasibətlərində İsrail kölgəsi - Türkiyənin sonu necə olacaq?

ABŞ-la münasibətlərdə Türkiyə artıq sözün bitdiyi yerdədir. Sıra Türkiyə ordusuna keçir?..

Özcan YENİÇERİ
“Yeniçağ” qəzeti Türkiyə, 5 avqust 2019-cu il

S-400-lərin Türkiyəyə gəlməsi, F-35-lər məsələsində ABŞ-ın Türkiyəni kənarda saxlaması, embarqo təhdidləri, ABŞSuriya arasında davam edən Suriyanın şimalındakı təhlükəsiz bölgə problemi ciddi və kritik xəbərlərdir. İdlibdə də vəziyyət get-gedə çətinləşir. Şərqi Aralıq dənizindəki durum isə saatlı bomba kimidir.

Türkiyə milli təhlükəsizliyi və milli maraqlarını israrla AB/ABŞ və İsrailə qarşı müdafiə edir. Sonuncu hadisələr gözlənilməz nəticələr doğura bilər. Artıq həmişəkindən daha diqqətli olmaq lazımdır.

Təhlükəsiz bölgə əməliyyatı hər an başlaya bilər.

ABŞ nümayəndəsi Ceyms Cefri: “Türkiyə ilə təhlükəsiz bölgə məsələsində hələ ki, bir razılıq əldə olunmayıb”, dedi. Cefri YPG ilə bağlı Türkiyəyə bir xəbərdarlıq verərək: “Bizimlə birlikdə savaşanların zərər görməməsi və hər hansı bir hücuma məruz qalmaması üçün məsuliyyət daşıyırıq. Bu durum Türkiyə ilə bağlı narahatlığımıza da aiddir”, deyir.

Türkiyənin xarici işlər üzrə nümayəndəsi də məsələ ilə bağlı açıqlama verib: “İcazə verməyəcəyik ki, bu görüşlər baş qatmağa çevrilsin. Hər cür tədbir görmək qabiliyyətimiz də var. Görüşlər mistik havada davam etməyəcək. Gözləntilərimizin qarşılanmadığını anlayan kimi təhlükəsiz bölgə məsələsində lazımi addımları atacağıq. Biz müttəfiqlərimizin terrorçularla ortaqlıq etməsini istəmirik.”

Türkiyənin mövqeyini bilməsinə baxmayaraq, ABŞ nümayəndəsi açıq şəkildə: “Narahatlıqları həll etməyə çalışırıq. Bir tərəfdə önəmli bir yerli ortaq, digər tərəfdə isə NATO müttəfiqi”, olduğunu deyib.

Görüşlər davam edərkən ABŞ hər gün yüzlərlə yük maşını ilə YPG-yə silah-sursat daşıyır. ABŞ rəsmən Türkiyənin başını qatmağa davam edir və YPG-ni Türkiyənin qarşısına böyük bir qüvvə olaraq çıxarır.

Türkiyə öz işini özü görmək üçün hər an bölgədə əməliyyata başlaya bilər. Bu durum YPG/PYD-dən çox, ABŞ/İsrail cütlüyünə qarşı hərəkətə keçməkdir.

Elə görünür ki, Türkiyə ABŞ heyəti ilə Ankarada görüşdükdən və son sözlər deyildikdən sonra TSK (Türkiyə Silahlı Qüvvələri) hərəkətə keçəcək. Çünki Türkiyə artıq sözün bitdiyi yerdədir.

F-35 əslində İsrail problemidir

Bundan bir müddət əvvəl Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri: “Əgər ABŞ F-35 müharibə raketlərinin satışını gecikdirsə, buna mütləq qarşılıq veriləcək”, demişdi. Bunu bilməliyik ki, bundan sonra nə etsək də, F-35-lər Türkiyəyə verilməyəcək. Hətta Rusiyadan S-400-lər alınmasaydı belə, ABŞ, məsələn, Türkiyənin Şərqi Aralıq dənizində təlimlər keçirməsini bəhanə edərək Türkiyənin F-35-lər almasına mane olacaqdı. S-400 də sadəcə bəhanə idi. ABŞ İsrailin hərbi texnologiyadakı gücünü qıracaq heç bir şeyə icazə vermir və bundan sonra da verməyəcək. Üstəlik ərəb ölkələrini Kemp Deviddə toplayaraq “yüzillik müqavilə” adı altında Fələstinin məhv edilməsi yolunda planlar qurarkən buna heç imkan verməyəcək.

“Haaretz” qəzeti bildirib ki, İsrail Türkiyəyə F-35 göndərilməsinə görə narahatdır və Türkiyəyə F-35-lərin tutumunu yüksəldəcək texnologiyanın verilməsinə mane olmaq üçün ABŞ-lı nümayəndələrlə görüşüb.

“Haaretz”-ə açıqlama verən bir israilli nümayəndə qeyd edib ki, İsrail F-35-lərə sahib olan yeganə Orta Şərq ölkəsi olmağı hədəfləyir və buna görə də, Türkiyəyə göndəriləcək F-35-lərlə bağlı ABŞ-la yaxın əlaqədədir.

Nümayəndə, həmçinin, bildirir ki, F-35-lə bağlı detalların digər ölkələrə ötürülməsinə və İsrail ordusunun bölgədəki rəqabətlərinə görə F-35-lərin tutumunun yüksəldilməsindən Türkiyənin xəbərdar olmasını istəmir və bunun qarşısını almağa çalışır.

Reallıq budur. BOP-un (Böyük Orta Şərq Layihəsi), Ərəb Baharının və İslam ölkələrindəki vətəndaş müharibələrinin arxasındakı əsas məqsəd İsraili bölgədəki yeganə önəmli və güclü ölkəyə çevirməkdir.

Buna görə, İran ya da Türkiyə hədəfə qoyulur, PYD dəstəklənir və Yəməndəki vətəndaş müharibəsi davam etdirilir.

İsrail bölgədəki hər prosesin arxasındakı əsas qüvvədir. Ona görə də, bütün hesablar buna uyğun aparılmalıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar