Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Nəqliyyat Agentliyindən hökumətə - Yeni təkliflər / Foto

Bakı Nəqliyyat Agentliyi Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təkliflər ünvanlayıb

BNA-dan verilən məlumata görə, Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına qədər olan hissəsində baş vermiş yol nəqliyyat hadisələri narahatçılıq doğurduğundan ərazi təhlil edilib və qəzaların baş vermə səbəbi kimi aşağıdakı problemlər qeydə alınıb:

Prospektin Böyükşor yol qovşağından Sabunçu yol qovşağına qədər olan hissəsində ayırıcı zolaqda təhlükəsizlik sədlərinin olmaması. Nəticədə idarəetməni itirən nəqliyyat vasitələri yolun əks istiqamətinə çıxır və ağır qəzaların baş verməsinə səbəb olur. Qeyd edək ki, yolun əks istiqamətinə çıxmaqla törədilən yol nəqliyyat hadisələrində ölüm riski digər yol nəqliyyat hadisələrindən 3 dəfə yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, son 1 ay ərzində bu ərazidə Agentlik tərəfindən qeydə alınmış bu tip hər 2 yol nəqliyyat hadisəsi ölümlə nəticələnib;

Yolda sürət həddinin yüksək olması

Hal-hazırda Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına kimi olan əksər hissəsində sürət həddi ilk iki zolaqda 120 km/saat müəyyən edilmişdir. Bu da yüksək sürət halında sürücülərin bir çox vəziyyətlərdə qeyri-peşəkarlıqları nəticəsində idarəetməni itirmə risklərinin artmasına səbəb olur;

Sürücülərin ara məsafəsini gözləməməsi

Nəticədə sürücülər yolda baş verən hadisələr və qabaqlarına çıxan maneələrə lazım olan kimi reaksiya verə bilmirlər. Məsafənin sürücünün reaksiya müddəti ilə mütənasib olmaması zəncirvari qəzaların baş verməsinə səbəb olur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına kimi olan hissəsində yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə aşağıda göstərilən tədbirlərin qısa müddət ərzində icra edilməsi təklif edilib.

Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Sabunçu yol qovşağına qədər olan hissəsində ayırıcı zolaqda təhlükəsizlik sədlərinin quraşdırılması;

Yolda sürət həddinin ilkin olaraq 120 km/saatdan 110 km/saata endirilməsi;

Sürücülərin ara məsafəsini gözləməsi üçün xarici təcrübədə də istifadə olunan “şevron” tipli yol nişanlanmasının (əlavə olunur) tətbiq edilməsi;

Sürücülərin yol hərəkəti qaydalarına riayət etməsi məqsədilə prospekt boyu maarifləndirici məlumatları özündə əks etdirən lövhələrin yerləşdirilməsi.

Qeyd edilən tədbirlərin həyata keçirilməsi Heydər Əliyev prospektində yol nəqliyyat hadisələrinin sayının azalmasına, baş verən qəzalar zamanı ölüm riskinin aşağı düşməsinə imkan verəcəkdir.

Bundan əlavə, hal-hazırda mütəxəssislər tərəfindən Heydər Əliyev prospektində həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaradan sürücülərin də məsuliyyətə cəlb edilməsi məqsədi ilə zolaqlar üzrə hərəkət sürətinin aşağı və yuxarı hədlərinin müəyyən edilməsi üçün təkliflər araşdırılır.

Sürücülərin yol hərəkəti qaydalarına riayət etməsi məqsədilə prospekt boyu maarifləndirici məlumatları özündə əks etdirən lövhələrin yerləşdirilməsi.

Qeyd edilən tədbirlərin həyata keçirilməsi Heydər Əliyev prospektində yol nəqliyyat hadisələrinin sayının azalmasına, baş verən qəzalar zamanı ölüm riskinin aşağı düşməsinə imkan verəcək.

Bundan əlavə, hal-hazırda mütəxəssislərimiz tərəfindən Heydər Əliyev prospektində həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaradan sürücülərin də məsuliyyətə cəlb edilməsi məqsədi ilə zolaqlar üzrə hərəkət sürətinin aşağı və yuxarı hədlərinin müəyyən edilməsi üçün təkliflər araşdırılır. (report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar