Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Salaam Cinema Baku” yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısına daxil edilib

“Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nda dəyişiklik edilib

Nazirlər Kabineti “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, Bakı şəhərində S.Rüstəm küçəsi, 10 ünvanında yerləşən 1913-cü ildə tikilmiş İbadət evi (“Salaam Cinema Baku”) və R.Rza küçəsi (34) ilə H.Aslanov küçəsinin (85) kəsişməsində yerləşən məscid "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nda Memarlıq abidələri” bölməsinə daxil edilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi binanın tarixi əhəmiyyətini və memarlıq üslubunu nəzərə alaraq binanı yeni aşkar olunan tarixi abidələr siyahısına salıb. Bundan sonra iyun ayında Nazirlər Kabineti kinoteatrın yerləşdiyi binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınmasına rəy verməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət edib. AMEA-nın Memarlıq və İncəsənət İnstitutu binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınmasına müsbət rəy verib və hazırladığı rəyi Mədəniyyət Nazirliyinə göndərib.

Xatırladaq ki, Bakı şəhəri Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən və “Malakanların evi” kimi tanınan tarixi bina özəl mülkiyyətdədir. Hazırda binada "Salaam Cinema Baku” kinoteatrı fəaliyyət göstərir. Mayın əvvəlində mülkün sahibi müqavilənin vaxtı bitdiyi üçün kinoteatrı binadan çıxarıb oranı təmir etmək istəyib. Lakin kinoteatrın əməkdaşları binadan çıxmaqdan imtina ediblər. Onlar mülkiyyətçinin binanı sökəcəyini iddia edirdilər. "Salaam Cinema Baku” əməkdaşları məsələ ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıblar. Birinci vitse-prezident məsələni nəzarətə götürüb.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar