Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qamışdan tikilən şəhər və ya Nadir şahın Muğanda tacqoyma mərasimi

Nadir şah tarixdə Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır

Nadir şah Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biridir. O, tarixdə Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi düha olan sərkərdəyə bəzən tarixçilər Şərqin Napoleonu və ikinci Makedoniyalı İsgəndər kimi ləqəblər də verib.

Nadir şah Əfşar 1688-ci il oktyabrın 22-də Xorasanın Dərgəz vilayətinin Dəstgird kəndində anadan olub. O, əfşarların Qırxlı boyundan idi. Başına bir dəstə toplayaraq Xorasan əyalətlərinin bir neçəsini tutduqdan sonra özünü Nadir bəy adlandırmağa başlayıb.

Köhnə Səfəvi sülaləsinin nümayəndələri artıq feodal əyanları və xalq arasında öz nüfuzlarını tamamilə itirmişdilər və ölkəni dağıntıdan xilas etmək iqtidarında deyildilər. Nadir öz nöqteyi-nəzərindən yeganə doğru yola əl atmaq – taxt-tacın həqiqi sahibi olmaq istəyirdi. Bundan ötrü o, yenidən qədim türk qaydasına görə, Muğan düzündə qurultay (bu dəfə böyük qurultay) çağırır. Bu qurultaya hərbi, mülki və dini əyanları, şəhər və kənd başçılarını yığır. Buraya 100 minə yaxın adam toplanır. Bunlardan ötrü məscid və bazarlar da daxil olmaqla, ağac və qamışdan 12 min müvəqqəti tikili salınır.

Novruz bayramı günü, 1736-cı ilin 21 martında Nadirqulu xan Qalaqayındakı qurultaya iştirakçılar arasından yeni şah seçmək təklifi verir. Sözlərini bununla əsaslandırır ki, III Şah Abbas hələ uşaqdır, Nadir özü isə işləməkdən yorulub və hakimiyyətdən imtina edir.

Azərbaycanın hərbi elitası – qızılbaşlar öz yüksəlişlərinə görə Səfəvilərə minnətdar idilər və buna görə də hakimiyyət sülaləsinin dəyişməsinin əleyhinə idilər. Ancaq öz etirazını açıq şəkildə yalnız Qarabağ və Gəncə bəylərbəyisi Uğurlu xan Qacar bildirir ki, o da sonralar bunun müqabilində öz malikanələrinin böyük bir qismini itirir. Onun hakimiyyətində bircə Gəncə saxlanır və rütbəsi də Gəncə bəylərbəyi adlandırılır, qacarların çox hissəsi isə Xorasana sürgün edilir.

Şah elan olunması məsələsi ortaya çıxanda Nadir özünü zahirən elə göstərir ki, guya yorulub, doğrudan da şahlığı istəmir. Qurultay, az qala, yalvarıb onun razılığını alır və tacqoyma mərasimi keçirilir. Hətta bu münasibətlə qurultay iştirakçılarına erməni və gürcü millətindən olan qul və kənizlər bağışlanılır.

Nadir şah türk məişəti mühitində formalaşmışdı. Azərbaycan türkcəsi onun ana dili idi. Şah bu dildə danışırdı. Hətta sonralar hərbi yürüşləri zamanı sərkərdələri ilə Azərbaycan türkcəsində ünsiyyətdə olması, Nadir şaha Azərbaycan türkcəsində nəzm əsərlərinin həsr edilməsi haqqında mənbələrdə çoxlu sayda faktlar var. Nadir şah hakimiyyətə gələndən sonra bölgədəki türk mühitinin möhkəmləndirilməsi üçün tədbirlər görüldü və göstəriş verildi ki, iki min əfşar Urmiyadan Əbivərdə köçürülsün.

Nadir şahın tacqoyma mərasimi 1736-cı ildə Muğanda keçirilib. Bu barədə maraqlı faktı Oxu.Az-a tarixçi-alim Əkbər Nəcəf verib.

Nadir 1736-cı ildə Muğana gəldi. Muğana çatmazdan əvvəl Qazıqumıx hakimi Surxay xana dəstək verən Krım xanlığının göndərdiyi ordunu məğlub edib, Şamaxı və Şirvanı da nəzarət altına aldı.

Eyni tarixdə ölkəsinin üləma və hakimlərinin Muğanda toplanmasını istədi. Ənənəvi türk hakimiyyət anlayışına uyğun olaraq, Muğanda böyük bir qurultay təşkil etdi. Bu məqsədlə Muğan düzənliyində böyük çadırlar quruldu.

Kür və Araz çaylarının qovuşduğu yerlərdə (Cavad) qamışları və ağacları kəsdirərək təxminən 12 min ev tikdirdi. O, bir növ Muğanda “qamış şəhər” saldırdı. 100 min insanın yerləşdiyi qamış şəhərdə o dövr üçün lazım olan rahatlıq təmin edilmişdi. Bu məqsədlə Muğanın, hətta Lənkəran ovalığının və Xəzərətrafı ərazilərin qamışları kəsilib arabalara yüklənərək Cavada gətirilmişdi.

Qurultay bir aydan çox davam etdi. Qurultayda dövlətin vəziyyəti müzakirə edildi. Nadir qurultayda hamıya öz fikirini bəyan etmə fürsətini verdi. Qurultay sonrasında üç yaşlı III Abbas taxtdan uzaqlaşdırıldı, Nadir “şah” elan edildi.

Mirzə Mehdi Xanın yazdığına görə, Nadirin şahlığı əfşarlardan Məşhəd hakimi Əlimərdan bəy tərəfindən təklif olunmuşdu.

Beləcə, 26 fevral 1736-cı ildə Nadir Qızılbaş dövlətinin taxtına oturdu. Bu hadisə Qızılbaş dövlətinin sonu, Əfşar dövlətinin yarandığı tarix hesab olunur.(oxu.az)

Pia.az

 


Etiket: Nadir şah

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar