Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il Azərbaycanda 203 autizm xəstəsi qeydə alınıb

Ötən il Azərbaycanda 203 nəfərə autizm diaqnozu qoyulub

Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 166-sı kişi, 37-si qadındır. Məlumata əsasən, autizm xəstələrindən 200-ü 0-14 yaş qrupuna, 3-ü 15-17 yaş qrupuna aiddir. 0-14 yaş qrupunda olan xəstələrdən 163-ü kişi, 37-si qadın, 15-17 yaşlılardan isə 3-ü də qadındır.

Komitədən bildirilib ki, 2018-ci ildə atipik autizm diaqnozlu xəstələrin sayı 3-ü kişi, 2-si qadın olmaqla cəmi 5 nəfər olub. Onlardan 4-ü 0-14 yaş qrupuna, 1-i isə 15-17 yaş qrupuna aiddir.

Müalicə-profilaktika müəssisələrində dispanser müşahidəsində olan xəstələrin ümumi sayı isə 668 nəfərdir. Onlardan 529-u kişi, 139-u isə qadındır. Müşahidə altında olanlardan 586-sı 0-14 yaş qrupuna, 81-i 15-17 yaş qrupuna, 1-i isə 18-24 yaş qrupuna aiddir. 0-14 yaş aralığından olanlardan 457-si kişi, 129-u qadındır. 15-17 yaş aralığındakı xəstələrdən isə 72-si kişi, 9-u qadındır.

Məlumatda qeyd olunub ki, ötən il dispanser müşahidəsində olan atipik autizm xəstələrinin sayı isə 29 nəfər olub. Onlardan 19-u kişi, 10-u qadındır. Xəstələrdən 16-sı kişi, 9-u qadın olmaqla 25 nəfəri 0-14 yaş qrupuna, 2-si kişi, 1-i qadın olmaqla 3 nəfəri 15-17 yaş qrupuna, 1-i isə 18-24 yaş qrupuna aiddir.

Pİa.az

 


Etiket: autizm

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar