Bərdə rayonunda güllələnmə hadisəsi baş verib
Hadisə rayonun Səyidyusifli kəndində qeydə alınıb. Tərtər rayon Xoruzlu kənd sakini güllə yarasi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, 3 güllə yarasi alan E. Nəcəfov əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Report)
pia.az