Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İndiyədək qadını nikaha məcbur etmə maddəsi üzrə cinayət işi başlanmayıb

“Zaqataladakı 17 yaşlı qızın intiharı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Rayon prokurorluğu və polisi onun ailə üzvlərindən izahatlar alıb”

Bu sözləri BMT-nin Qadınlara Qarşı Ayrı-Seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsinin üzvü Elgün Səfərov deyib. O bildirib ki, bu məsələ ilə bağlı yalnız bir maddə üzrə deyil, həm də Cinayət Məcəlləsinin 176-1.1.ci (qadını nikaha daxil olmağa məcbur etmə) maddəsi ilə cinayət işi başlanmalıdır.

“Qadını nikaha daxil olmağa məcbur etmək problemi bütün dünyada mövcuddur. Azərbaycanda da bu problemlə qarşılaşırıq. Bu problemlərin aradan qaldırılması üçün müəyyən tədbirlər görülməlidir”, – deyə o əlavə edib.

E. Səfərov qeyd edib ki, indiyədək Azərbaycanda Cinayət Məcəlləsinin 176-1.1.ci maddəsi ilə cinayət içi başlanmayıb: “Qanunda qadını, yetkinlik yaşına çatmayanı nikaha məcbur etməyə görə 4000 manatadək cərimə, 4 ilə qədər də azadlıqdan məhrumetmə nəzərdə tutulur. Bu maddə Azərbaycanda 2012-ci ildən qəbul edilib”.

Komitə üzvü qeyd edib ki, uşağı nikaha məcbur etmək məişət zorakılığının bir növüdür: “Məişət zorakılığı ilə bağlı Məlumat Bankı da yaradılıb. İşlər davam etdirilir. Məcəllənin 176.1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilənlər olmadığı müddətdə bu problemlər təkrarlanacaq”.

Qeyd edək ki, iyulun 30-da Zaqatala rayonunda 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədən asılı vəziyyətdə tapılıb. Ailəsi G. İsmayılovanı sevmədiyi birinə zorla ərə vermək istədiyi barədə məlumatlar yayılıb. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar