Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə Sənayesi Nazirliyində struktur dəyişikliyi aparılıb, yeni kadr təyinatları olub - Siyahı

Müdafiə Sənayesi Nazirliyində (MSN) struktur dəyişikliyi aparılıb və yeni kadr təyinatları olub

"Report"un əldə etdiyi məlumata görə, Müdafiə Sənayesi naziri Mədət Quliyevin imzaladığı müvafiq əmrlə Nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsi ləğv edilib.

Onun əsasında iki yeni şöbə - Hüquq şöbəsi və Kadrlar şöbəsi yaradılıb.

Eyni zamanda bu şöbələrə müdirlər təyin olunub. Müvafiq əmrlə Hüquq şöbəsinin müdiri vəzifəsi İsmayıl İbrahim oğlu Kərimova, Kadrlar şöbəsinin müdiri vəzifəsi isə Elgün Bəkir oğlu Bəxtiyarova həvalə olunub. İ.Kərimov bundan əvvəl Nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsinin adı dəyişdirilərək Maliyyə və uçot şöbəsi adlandırılıb. Nazir M.Quliyevin müvafiq əmri ilə Nadim Buludxan Bayramov MSN-nın Maliyyə və uçot şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Müdafiə Sənayesi naziri Mədət Quliyev imzaladığı müvafiq əmrlə Nazirliyin Aparat rəhbəri Üzeyir İsmayılov vəzifəsindən azad olunub. Həmin vəzifəyə Zaur Əliyev təyin edilib.

Bundan başqa, Müdafiə Sənayesi Nazirinin müavini Tofiq Rəfiyev də işdən çıxarılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar