Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əhmədov: “Azərbaycanın bu günü gözəldir, gələcəyi isə parlaqdır”

Azərbaycan Respublikasının XX əsrin sonlarında müstəqilliyinə qovuşan gənc dövlətlər sırasında ən uğurlularından biri olması bütün dünyada hamılıqla qəbul olunan gerçəklikdir

İqtisadiyyatını 3,5 dəfə artırmaq, əhalinin həyat səviyyəsini dəfələrlə yüksəltmək, möhtəşəm infrastruktur layihələri sayəsində ölkənin simasını büsbütün yeniləşdirmək, ən islahatçı dövlət adını qazanmaq və sair nailiyyətlər gənc dövlətlərdən heç də hamısına müyəssər olmamışdır.

PİA.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, gözlərimizin önündə, cəmisi 15 il ərzində Bakının dünyanın ən gözəl şəhərlərindən biri səviyyəsinə yüksəlməsi, sözün əsl mənasında, əfsanənin reallığa çevrilməsidir:

"Üç dəniz əfsanəsini, Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ideyasını əfsanədən həqiqətə çevirən Azərbaycan indi daha möhtəşəm möcüzələr yaratmaqdadır.

Azəbaycanın sadaladığımız və sadalamadığımız reallıqları onu yetərincə cazibədar edib, başqa sözlə desək, məşhurlaşdırıb. Ölkəmizin və onun paytaxtı gözəl Bakının ardı-arası kəsilməyən dünya miqyaslı mədəni, humanitar, idman və s. tədbirlərinə ev sahibliyi etməsi qeyd etdiyimiz cazibədarlığın ən bariz ifadələrindən biridir. Dediyimiz fikrin digər ifadəsi isə Azərbaycana xarici turist axınının durmadan artması sayıla bilər.

Azərbycanın bu günü gözəldir, gələcəyi isə parlaqdır. Bunu nəinki etiraf etmək, həm də qürur duymaq lazımdır. Ölkəmizi, deməli, bizim hamımızı gözləyən parlaq gələcək xalqımızı və dostlarımızı sevindirir, ruhlandırır və daha böyük uğurlara səfərbər edir. Düşmənlərimiz və gözü götürməyənlər isə məyus olur, paxıllıq edir, Azərbaycana qarşı məkrli planlar hazırlayır.

Düşmənlərin məyus olması hardasa başa düşüləndir. Başa düşülməyən müxalifətin məyus olması, xəyal qırıqlığı sindromunu yaşamasıdır. Onların Azərbaycanın möcüzədən fərqlənməyən uğurlarını görməzliyə vurmasını bir kənara qoyaq, lakin ədalət hissini büsbütün unudub ölkəmizə qarşı böhtan atanlarla bir sırada dayanmaları bağışlanan deyil. Öz dövlətinə, öz ölkəsinə, öz xalqına böhtan atmaqla seçici rəğbətini qazanmaq heç kimə müəssər olmayıb. Yalan, böhtan, şayiələr siyasi mübarizənin ən uğursuz vasitələridir. Bu yolu seçənlər, tarixin göstərdiyi kimi, seçici rəğbəti əvəzinə nifrət qazanır, ayrı-ayrı xarici dairələrin əllərində müvəqqəti vasitəyə çevrilir, nəticədə bütünlüklə iflasa uğrayırlar.

Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan möhtəşəm addımlarla parlaq gələcəyinə doğru inamla irəliləyir. Xalqın öz lideri Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, onun siyasətini qətiyyətlə dəstəkləməsi bu inamı daha da artırır.

Hamınıza gözəl yay istirahəti arzulayıram".

pia.az


Etiket: Əli Əhmədov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar