Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT: 2018-ci ildə silahlı münaqişələrdə 12 min azyaşlı ölüb və ya şikəst olub

Birləşmiş Millətlər Təşkilatının yeni hesabatında deyilir ki, 2018-ci ildə silahlı münaqişələrdə 12 min azyaşlı ölüb və ya şikəst olub

Hesabat münaqişələrin olduğu 20 ölkədə aparılan tədqiqatların nəticəsində hazırlanıb.

BMT-nin baş katibi Antonio Quterreş bu faktı, habelə uşaqların hüquqlarının kobud şəkildə pozulmasını yolverilməz adlandırıb. Qeyd edib ki, Somali, Suriya və Nigeriyada azyaşlıları silahlı qruplaşmalara döyüşçü kimi cəlb edirlər. Belə ki, 2018-ci ildə 8 min uşaq hərbi əməliyyatlarda iştirak edib. Bundan başqa, cinayətkar dəstələr uşaqları oğurlayır, işgəncələrə və seksual istismara məruz qoyurlar.

Hesabatda qeyd olunur ki, ötən il qız uşaqlarına qarşı 933 seksual zorakılıq halları qeydə alınıb, lakin bu, yalnız rəsmi rəqəmlərdir və zorakılığın qurbanlarının sayı qat-qat çoxdur. Hesabat dövründə məktəblərə və xəstəxanalara silahlı basqınlar nisbətən azalıb, lakin silahlı münaqişə zonalarında, xüsusən Əfqanıstan və Suriyada bu cür halların sayı xeyli çoxalıb. Təkcə Malidə 827 məktəb bağlanıb, 244 min azyaşlı təhsil hüququndan məhrum olub.

Sənəd müəllifləri qeyd edirlər ki, ötən il hökumət qoşunları tərəfindən uşaqlara qarşı törədilən cinayətlərin sayında da artım var. BMT baş katibinin silahlı münaqişə zonalarında uşaqların vəziyyəti üzrə xüsusi nümayəndəsi Virciniya Qamba bildirib ki, münaqişələrin uşaqları necə məhv etdiyini görmək çox ağırdır. Onun sözlərinə görə, tərəflər azyaşlıların müdafiəsini həyata keçirməli, onların hüquqlarını pozmamalıdır. Qamba əlavə edib ki, silahlı qruplaşmalarda iştirak edən uşaqları da cinayət məsuliyyətinə cəlb edirlər. Ötən il minlərlə azyaşlı bu ittihamla həbs olunub.

Hesabata şərh yazan BMT-nin baş katibi silahlı münaqişə tərəflərinə xatırladıb ki, onlar mülki əhaliyə, o cümlədən uşaqlara hücum etməmək üzrə götürdükləri öhdəliklərə əməl etməlidirlər. O əlavə edib ki, silahlı münaqişələrdən əziyyət çəkən azyaşlıları qorumağın ən yaxşı yolu sülhdür.(azəratc)

pia.az


Etiket: BMT

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar