Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müstəqil vətənin memarı” filminin təqdimatı keçirilib

Bu gün Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr edilmiş “Müstəqil vətənin memarı” filminin təqdimatı keçirilib

APA-nın məlumatına görə, Mədəniyyət Nazirliyinin ərsəyə gətirdiyi filmin təqdimat mərasimində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, bu il Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi qeyd olunur.

Ə.Qarayev bildirib ki, 50 il əvvəl Ümummilli lider Azərbaycanın rəhbəri seçilib: “O vaxtdan Azərbaycan xalqının tarixində yeni dövr başladı. Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin daha da böyük olduğunu görəcəyik. Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rol misilsizdir. Hər hansı sahəyə baxsaq, orada Heydər Əliyevin izini görürük. Heydər Əliyevin bu böyüklüyü yaradıcı insanlara da böyük ilham verir. Çünki Heydər Əliyev bir obraz olaraq çox cəlbedicidir”.

Mədəniyyət naziri bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib: “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın inkişafına, rifahına xidmət edir. Heydər Əliyev siyasəti nəticəsində formalaşmış mədəniyyət xadimləri ordusu bu gün də diqqət və qayğı ilə əhatə olunub”.

Əbülfəs Qarayev qeyd edib ki, avqustun 2-də Kino Günü qeyd olunacaq: “Məhz Kino Günü ərəfəsində bu filmi təqdim etməyə qərar verdik. Bu filmin müəllifi əməkdar mədəniyyət işçisi, İrəvan Teatrının rəhbəri İftixar Piriyevdir. Filmə baxanda düşünün ki, 50 il əvvəl Heydər Əliyev hakimiyyətə gəlməsəydi, nə olacaqdı?! Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycanın qurucusudur”.

Daha sonra “Müstəqil vətənin memarı” filmi nümayiş etdirilib. Film Heydər Əliyevin uşaqlıq illərindən ömrünün sonlarına qədər dövrdən bəhs edir. Filmdə Heydər Əliyev bir insan, gənc, ailə başçısı, xalqına böyük məhəbbəti olan Ümummilli lider kimi təcəssüm olunur.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar