Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meyvə-tərəvəzi bahalaşdıran kimlərdir?

Yayın bitməsinə vur-tut cəmi 1 aydan bir qədər çox zaman qalıb

Ancaq bu yay sadə istehlakçının dilindən düşməyən bir neçə kəlmə hər birimizə çox yaxşı tanışdır. “Bazarda tərəvəzin, meyvənin qiyməti od tutub yanır, baxa-baxa qalırıq. Deyəsən, nə mürəbbə bişirə, nə də turşu tuta biləcəyik. Heç özümüz bolluca yeyə bilmədik, qışa necə tədarük edək?!”

Həqiqətən hər birimiz ailəmizdən və ya ətrafımızdan bu haqlı etirazların bir neçəsini eşitmişik. Bu il paytaxt bazarlarında və ya marketdə yaxşı gilasın qiyməti 5 manatdan aşağı düşmədi. Hətta marketlərdə kilosu 8 manatdan başlayan gilaslara da rast gəldik. Hazırda pomidor, boston bitkilərinin qiymətində də eyni vəziyyəti müşahidə edirik. İstehlakçılar kilosu 3 manata pomidor alıb qışa tədarük görməyin heç də onların cibinə uyğun olmadığını vurğulayırlar.

Halbuki sözügedən tərəvəz və meyvələr rayonlardakı bazarlarda paytaxtdakı qiymətlərdən çox ucuzdur. Deyəsən, elə aradakı vasitəçilər paytaxtda yaşayan insanların cibinə qənim kəsiliblər.

İl boyu əziyyət və xeyli xərc çəkərək məhsul yetişdirən fermerdən məhsulun kilosunu 10, 30, 40 qəpiyə alırlar. Ancaq di gəl ki, vətəndaş paytaxt bazarlarında və marketlərində bu ucuzluqdan yararlana bilmir. Həmin soyğunçular hər şeyi alt-üst edirlər. Bununla vicdanlı fermerin haqqına, istehlakçının isə cibinə girirlər.

Fermerler özü də vasitəçilərin paytaxt əhlinə etdiyi bu soyğunçuluqdan hali olduqlarını vurğulayırlar. Qeyd edirlər ki, ötən illərə nisbətən son illər kənd təsərrüfatı sahəsində məhsuldarlıq çoxalıb. Belə ki, bu sahənin inkişafına ildən-ilə dövlət dəstəyi artırılır. Fermerlərə subsidiyalar verilir, lazım olan texniki vasitələrlə təmin edilir. Nəticədə, yüzlərlə fermer öz əkin sahəsini genişləndirə bilir. Daha yüksək məhsul istehsal etməklə öz dolanışıq səviyyəsini yaxşılaşdırmağa çalışır. Ancaq bu inkişafdan sadə vətəndaş yararlana bilmir. Aradakı alverçilər ortaya sanki böyük bir Çin səddi çəkirlər.

Fermerlər və bu sahə üzrə ekspertlər isə vəziyyətdən çıxmağın ən optimal yolunu məhsulun birbaşa fermerdən tədarük edilərək marketlərə və bazarlara paylanılmasında görürlər. Çünki hazırda ortada olan vasitəçilərin çoxluğu qiymətə yüksək səviyyədə təsir göstərir.

Məsələn, Masallıdakı fermerlərin zəhmətlə yetişdirdikləri pomidoru 30-35 qəpiyə satdığı bir zamanda alverçi bu məhsulu ucuz alıb topdan satış mərkəzində 1 manat 40 qəpiyə satırsa, fermer buna nə etsin? Axı onun əlində sehirli çubuğu yoxdur ki, bu möhtəkirlərlə mübarizəyə başlasın.

Bir başqa misal da çəkək. Sabirabaddakı bostanda yemişin alış qiyməti 10-12 qəpikdir. Ancaq sahədən topdan məhsul alan alverçilər yemişin kilosunu 25 qəpiyə satırlar. Üstəgəl də zəhmət çəkib məhsul yetişdirən fermeri dilə tutaraq, ondan daha ucuz qiymət satmasını tələb edirlər. Fermerin isə nə xərcini, nə də əziyyətini düşünən yoxdur. Heç 5 qəpik artıq pulu da onlara qıymırlar. Hələ bu harasıdır, paytaxtda qiymətlər kəllə çarxa çıxanda bunun səbəbini zəhmətkeş fermərlərin üstünə atmaqdan da əl çəkmirlər.

Hətta sosial şəbəkələrdə də bu məsələ geniş müzakirə edilərək, yemişin qiyməti ilə bağlı istifadəçilər tərəfindən real faktlar paylaşılıb. Məlum olub ki, Sabirabadın Sərxanbəyli kəndindən cəmi 80 kilometr məsafədə, Bakı-Qazax magistral yolunun kənarında fəaliyyət göstərən marketdə fermerdən 10 qəpiyə alınan yemiş 55 qəpiyə (5-6 dəfə baha), paytaxt marketlərində isə 1-1,5 manata (10-15 dəfə baha) satılır. Göz görə-görə cəfakeş kəndlinin əməyinə kölgə salınır.

Fermerlərin adını sadə vətəndaşın qarşısında üzü qara edən bu soyğunçulara qarşı isə heç bir mübarizə aparılmır. Onların bu “əməyinə” göz yumulur. Kimlər, hansı qüvvələr bu soyğunçuların arxasında dayanır?! Niyə hər kəsin qiymətlərdən and-aman etdiyi bu vaxtda vəziyyətə müdaxilə edilmir? Bəlkə göz yummanın səbəbi elə onlarla əlbir olmaqdır? Niyə müvafiq qurumlar insanların narazılığının artmasında maraqlı tərəf kimi görünürlər?

Fermerdən alınan məhsulun marketdə ən azı 4 dəfə baha satılmasının günahkarı kimdir? Topdansatış mərkəzlərində qiymətlərin tənzimlənməsi məsələsinə niyə müdaxilə edilmir? Sualların sayını istənilən qədər artırmaq mümkündür. Sadə istehlakçı bu sualların cavabını məsul olan qurumlardan gözləyir.

Hətta meyvə-tərəvəzdə baş verən bahalıq fonunda işbazlar ərzaq və qida məhsullarının qiymətini də qaldırıblar. Ancaq yayın gəlişindən bəri aktual olan yay məhsullarının qiyməti fonunda ərzağın qiymətindəki bahalaşma sanki arxa plana keçib. Qiymətlər elə bir göz qırpımında 5-10-20-40 qəpik arası qalxır. Sanki belə olmalıymış kimi hər gün işbazlar sadə vətəndaşın cibinə girməyin axtarışındadırlar. Bundan necə deyərlər, heç ruhları da incimir.

Odur ki, həm meyvə-tərəvəzin, həm də ərzağın qiymətində baş verən bu artımlara qarşı mübarizəyə başlamağın vaxtı çoxdan yetişib. Bunun üçün Xaçmaz pomidorunun Bakıya gəlməsini oturub gözləmək lazım deyil. Vaxtında aradakı soyğunçulara qarşı mübarizə aparıb birbaşa fermerin paytaxta ayaq açmasına imkan yaratmaq lazımdır. Ərzağın qiymətindəki artımlarla bağlı mütəmadi monitorinq edilməlidir ki, kim mövcud situasiyadan, yəni maaşların artımından yararlanaraq əhalinin cibinə girmək istəsə, anındaca cəzalandırılsın.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar