Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yollarda gizli radarların yerləşdirilməsi – Bu qanuna uyğundur?

Nəqliyyatı eksperti: “Yollarda gizli radar quraşdırılmır. Əgər yola radar qoyulubsa, ondan əvvəl qanunericiliyə uyğun olaraq məlumat stendi quraşdırılmalıdır”

“Yol Patrul Xidməti (YPX) avtomobilləri maketi Azərbaycanın bütün avtomobil yollarında tətbiq etmələri yol hərəkəti qaydalarının aşkar edilməsi, yol qəzalarının qarşısını almaq üçün atılan bir addımdır”.

Bu sözləri nəqliyyatı eksperti Elməddinn Muradlı Yol Patrul Xidməti (YPX) avtomobilləri maketi Azərbaycanın bütün avtomobil yollarında tətbiq edəcəyi xəbərini PİA.az-a şərh edərkən qeyd edib.

Sürücülərin sürət həddini keçməsinin və bir sıra qayda pozuntularının qarşısını almaq məqsədilə Yol Patrul Xidməti (YPX) avtomobilləri maketi Azərbaycanın bütün avtomobil yollarında tətbiq olunacaq. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, maketlərin düzülməsi yol hərəkətinin təhlükəsizliyinin təmin olunması üçündür: “Təbii ki, bu tədbirlər yol qəzalarının qarşısının alınması məqsədi ilə atılan addımlardandır. Bu, profilaktiki tədbirdir. Bu təcrübədən dünyanın bir çox ölkəsində geniş istifadə olunur. Təcrübələr bu tətbiqin özünü doğrultduğunu göstərir. Ona görə də sürücülər nəzərə almalıdırlar ki, o maketin yerində 1 və ya 2 saatdan sonra Yol Patrul Xidmətinin avtomobili dayana bilər. Gələcəkdə bu maketlər üzərində sürət həddini aşan nəqliyyat vasitələrinin müəyyənləşdirilməsi üçün radarlar da quraşdırılacaq”.

Şöbə rəisi maketlərin sayı və onların quraşdırıldığı yerlərdən xəbərdar olanlara müraciət edib: “Biz maketlərin quraşdırılacağı yerlərin dəqiq ünvanını açıqlaya bilmərik. Çünki maketlərin sayı və qoyulduqları yerlərin adının açıqlanması bunun əhəmiyyətini itirir. Ona görə də maketlərin sayını bilən və onların quraşdırıldıqları yerlərini adlarını bilən media nümayəndələri bunu ictimailəşdirməməlidir. Bu, kiməsə yaxşılıq etmək demək deyil. Maketlərin yeri və sayını ictimailəşdirmək əslində sürücülərə o maketlərin quraşdırıldığı ərazilərdə qayda pozmağa şərait yaratmaq deməkdir”.

K.Əliyev vurğulayıb ki, sürücülərin ərazidə bir-birinə “marqat” etməklə YPX avtomobillərinin olması ilə bağlı yanlış yaxud doğru məlumat ötürməsi yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasına xidmət edir: “Biz bu məsələ ilə bağlı sürücülərə heç nə deyə bilmərik. Bu, müsbət haldır və biz bunu dəstəkləyirik. Hətta sürücülər ərazidə polisin olması barədə yanlış məlumatı belə bir-birinə ötürmələri də profilaktiki tədbirdir”.

Qeyd edək ki, Kamran Əliyevin açıqlamasında diqqət çəkən əsas nüanslardan biri, “Gələcəkdə bu maketlər üzərində sürət həddini aşan nəqliyyat vasitələrinin müəyyənləşdirilməsi üçün radarlar da quraşdırılacaq” ifadəsini işlətməsidir. Bəs yollarda gizli radarların yerləşdirilməsi qanunlara nə qədər uyğundur?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı nəqliyyatı eksperti Elməddinn Muradlının fikirlərini öyrənib.

Elməddinn Muradlı: “Yolda surət həddini göstərən nişan olmalıdır. Həmin nişanların təsir zonasında radar qoyula bilər”.

Son vaxtlar baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbləri sırasında surət həddinin aşılması, maner qaydalarının pozulması, təhlükəsizlik kəmərindən istifadə etməmək və s. yer almasını xatırladan nəqliyyatı eksperti hesab edir ki, bu istiqamətdə, xüsusən bir sürücünün hərəkəıtlərinə görə günahsız insanların zərər görməməsi üçün müəyyən tədbir görülməlidir:

“Yollarda gizli radar quraşdırılmır. Əgər yola radar qoyulubsa, ondan əvvəl qanunericiliyə uyğun olaraq məlumat stendi quraşdırılmalıdır. Yaxud da həmin yolda surət həddini göstərən nişan olmalıdır. Həmin nişanların təsir zonasında radar qoyula bilər. Bu bizim “Yol hərəkəti haqqında qanun”un tələbədir. Tutaq ki, bir yola 110 surət qoyulub və bu surətin təsir zonasında istənilən yerə radar qoymaq mümkündür.

Yol Patrul Xidməti (YPX) avtomobilləri maketi Azərbaycanın bütün avtomobil yollarında tətbiq etmələri yol hərəkəti qaydalarının aşkar edilməsi, yol qəzalarının qarşısını almaq üçün atılan bir addımdır. Burada qeyri-adi heç nə görmürəm. Çünki son vaxtlar baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbləri sırasında surət həddinin aşılması, maner qaydalarının pozulması, təhlükəsizlik kəmərindən istifadə etməmək vəs yer alır. Buna görə də bu istiqamətdə, xüsusən bir sürücünün məsuliyyətsiz hərəkəıtlərinə görə günahsız insanların zərər görməməsi üçün müəyyən tədbir görülməlidir

Bütün bunlar prezident İlham Əliyev tərəfindən ötən ilin dekabrın 27-də təsdiqlənmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən dövlət proqramın”da da öz əksini tapır. Yəni hadisənin təhlili aparılır və əsas səbəb nədirsə, ona qarşı mübarizə istiqamətində ciddi addımlar atılmalıdır. Düşünürəm ki, bu da o addımlardan biridir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Gizli radar Qanun

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar