Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyevin yaxın dostu vəfat etdi

Azərbaycanda da fəaliyyət göstərən “Özkaya Group” şirkətinin prezidenti, türk iş adamı Osman Gezeker vəfat edib

PİA.az Qaynarinfo-ya istinadan xəbər verir ki, Osman Gezeker bu gün səhər saatlarında uzun müddətdir müalicə aldığı Ankara Dövlət Xəstəxanasında dünyasın dəyişib.

Qeyd edək ki, Osman Gezeker Azərbaycanın sabiq prezidenti Heydər Əliyevlə yaxın dostluq münasibəti ilə də tanınırdı. Belə ki, 1989-cu ildə Qars Polis İdarəsinin rəisi olan Osman Gezeker həmin vaxt Naxçıvana dəfələrlə yardım göndərib. Daha sonra prezident seçilən Heydər Əliyev Türkiyəyə səfəri zamanı qardaş ölkənin o vaxtkı dövlət başçısı Süleyman Dəmirəldən Osman Gezekerin Azərbaycana təyinatını xahiş edib. Süleyman Dəmirəlin qərarı ilə o, Bakıya polis ataşesi təyin olunub.

Türkiyə mətbuatının məlumatına görə, Osman Gezeker vəzifə müddəti başa çatdıqdan sonra da Azərbaycanda yaşayıb və bizneslə məşğul olub. Onun Azərbaycanda tikinti materiallarının və dəmir avadanlıqların istehsalı, eləcə də satışı ilə məşğul olduğu bildirilir. Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi”nin (TÜİB) rəhbərliyində təmsil olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar